Murrey şamı (lat. Pinus contorta var. murrayana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinin burulmuş şam növünə aid bitki yarımnövü.
Murrey şamı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Murrey şamı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Şimali Amerikanın şimal-qərbində bitir.
Hündürlüyü 25 m-ə qədər olan, düz, piramida çətirli ağacdır. Gövdəsi nazik, açıq-qonur rəngli, hamardır, diametri 40 sm-dir. Açıq yaşıl rəngli, uzunluğu 5-7 sm olan iynəyarpaqları cüt-cüt yerləşən cod, çox vaxt burulmuş formalıdır. 4-5 il yaşayır. Qozaları qonur və ya qırmızı-qonur rəngli, uzunsov-yumurtavarı formalıdır, uzunluğu 6 sm-dir. Zoğa yapışıb, budaqlarda 10 ilə qədər qalır. Alt budaqları tez məhv olur, ancaq ağacda uzun müddət qalır. Qışda ağacın sıx çətiri çoxlu qarı uzun müddət üzərində saxladığına görə, qar əriyən vaxt ağırlıq nəticəsində ağacların kökündən qopmasına səbəb olur. Soyuğa və kölgəyə davamlıdır, tez böyüyür, torpağa az tələbkardır, ancaq rütubətli tropaqlarda yaxşı inkişaf edir. Mədəni şəraitdə 1854-cü ildən becərilir.
Azərbaycanda yaşıllaşdırmada rast gəlinir.