Musa Uzunlar (22 aprel 1959[1] və ya 21 aprel 1959[2], Antalya[1]) – Türkiyə aktyoru.
Musa Uzunlar | |
---|---|
Doğum tarixi | 22 aprel 1959(1959-04-22)[1] (66 yaş) və ya 21 aprel 1959(1959-04-21)[2] (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kino aktyoru, televiziya aktyoru |
Fəaliyyət illəri | 1989-cu ildən |
IMDb | ID2586722 |
Musa Uzunlar 22 aprel 1959-cu ildə Antalyada anadan olmuşdur. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölümünün məzunu olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub. Otuza yaxın əsərdə rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. Teatr sənətçisi olan aktyor “Üzləşmə”, “Ful yarpaqları”, “Yaban”, “Haydutlar”, “?frasiyabın hekayələri”, “Şərəfə XX əsr” və “Urfaust” kimi tamaşalarda rol alıb.
"Qurdlar Vadisi Pusqu"da və Qurdlar Vadisi Qladio filmində İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yaddaşında qalmağı bacarıb.