Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa.
Növrəstə Haşımova | |
---|---|
Növrəstə Xankişi qızı Haşımova | |
Digər adı | Növrəstə Həşimova |
Doğum tarixi | 26 noyabr 1954(1954-11-26) (70 yaş) |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Aktrisa |
Mükafatları |
![]() ![]() |
Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb.
Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
N.Həşimovanın gözəl səs tembri ona teatrda hazırlanan musiqili komediya və operettalarda oynamağa imkan yaradır. Belə ki, teatrda tamaşaya qoyulan “Arşın mal alan”, Subaylarınızdan görəsiniz” və “Dünya xanım ev axtarır” musiqili komediyalarında yaratdığı Telli, Gülxanım və Fira obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. N.Həşimovanın yaratdığı istər komik, istərsə də dramatik obrazları onun aktyor ampulasının genişliyini göstərir.Səhnəda cəld və çevikdir, dinamik və xarakterik plastikaya malikdir.
N.Həşimova 2000-ci ildə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür[1]. 25 sentyabr 2008-ci il "Tərəqqi" medalı ilə təltif olunub. 1 may 2017-ci ildə[2], 9 may 2018-ci ildə[3] və 10 may 2019-cu ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.