. Love.az

Novreste Quliyeva - Wikipedia - Love.az

Ana Səhifə - Novreste Quliyeva

Növrəstə Bağır qızı Quliyeva (1906—3 fevral 1982) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).

Növrəstə Quliyeva
azərb. Növrəstə Bağır qızı Quliyeva‎
Doğum tarixi 1906
Doğum yeri Qarabağlar, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 fevral 1982
Vəfat yeri Qarabağlar, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı  Rusiya İmperiyası→SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tütünçü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 19491949
"Lenin" ordeni

Həyat və əmək fəaliyyəti

redaktə

Növrəstə Quliyeva 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1933-cü ildə Karl Marks adına İliç rayon kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 1 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1952-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Növrəstə Quliyeva 3 fevral 1982-ci ildə Culfa rayonunda vəfat etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Növrəstə_Quliyeva&oldid=6241715"
LOVE.AZ