Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Nüsrət Əliyev (tam adı: Nüsrət Abbas oğlu Əliyev; 28 iyun 1938, Noraşen rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutu aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent.
Nüsrət Əliyev | |
---|---|
Nüsrət Abbas oğlu Əliyev | |
Doğum tarixi | (86 yaş) |
Doğum yeri | Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi |
Əliyev Nüsrət Abbas oğlu 1938-ci ilin iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1956-cı ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1961-ci ildə Universiteti bitirmiş və Xalq Təsərrüfat Şurasınının göndərişi ilə H. Z. Tağıyev adına toxuculuq kombinatına işə yönləndirilmişdir. Əvvəlcə boyaq-bəzək fabrikində usta, 1962-ci ildən 1966-cı ilə qədər sex rəisi vəzifəsində işləmişdir. 1966-cı ilin oktyabr ayından AMEA Aşqarlar Kimyası İnstitutunun "Yanacaqlara aşqarlar""" laboratoriyasında əvvəlcə mühəndis, daha sonra böyük mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. Əliyev N. A. 1978-ci ildə "Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və onların yanacaqlara aşqarlar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixdən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və bu gün də həmin vəzifədə çalışır.
Əliyev N. A. kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra da elmi fəaliyyətini davam etdirmiş, yanacaqların istismar xassələrinin yaxşılaşdıran və ətraf mühiti zərərli qazlardan qorumaq üçün bir sıra yüksək effektli aşqarlar sintez etmişdir. Onun bilavasitə iştirakı ilə dizel yanacaqlarına tüstülənməyə qarşı yüksək effektli, xalq təsərrüfatı və sosial əhəmiyyəti olan ИХП-706 aşqarı yaradılmışdır. Keçmiş SSRİ Dövlət komissiyasının qərarı ilə ИХП-706 aşqarının sənaye istehsalına və dizel yanmacaqlarına tətbiqinə buraxiliş verilmişdir. Onun tərəfindən tüstülənməyə qarşı ИХП-706 aşqarının yeni modifikasiyaları alınmış və hərtərəfli öyrənilmişdir. Əliyev N. A. yanacaqların korroziya xassələrinin öyrənilməsinin və mühafizəedici aşqarların təsirinin qiymətləndirilməsinin dəyişən kontakt üsulu ilə kvalifikasiya üsulu ilə hərtərəfli öyrənmişdir. O, ekoloji təhlükəsiz yüksək istismar keyfiyyətlərinə malik yeni yanacaq növü olan biodizel yanacağının alınması sahəsində tədqiqatlar aparmış və müsbət nəticələr əldə etmişdir.
Nüsrət Əliyev 90-dan çox elmi əsərin, o cümlədən 32 məqalə, 39 məruzələrin tezisləri, 20 müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir.
İ 2012 0032