Nəşirvan Mustafa (kürd. نەوشیروان مستەفا/Newşîrwan Mistefa; 1943[1] və ya 22 dekabr 1944, Süleymaniyyə – 19 may 2017[2], Süleymaniyyə) — kürd əsilli İraq siyasətçisi və yazıçısı.
Nəşirvan Mustafa | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1943[1] və ya 22 dekabr 1944(1944-12-22) |
Doğum yeri | |
Vəfat tarixi | 19 may 2017(2017-05-19)[2] |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Fəaliyyəti | siyasətçi, yazıçı |
Dini | İslam |
![]() |
Nəvşirvan Mustafa 22 dekabr 1944-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olmuşdur.[3] O, Süleymaniyyədəki Kral Faysal Məktəbində təhsil almış və kiçik yaşlarında xüsusi müəllimlər tərəfindən xarici dillərdən dərs almışdır. Mustafa Bağdad Universitetində siyasi elmlər üzrə təhsil almışdır.[4]
O, 1960-cı ildə Kürdüstan Demokrat Partiyasına (KDP) qoşulmuş, orada gənclər şöbəsində çox fəal olmuşdur. Mustafa siyasi büroda Bərzaninin əleyhdarları ilə müttəfiq olmuş və KDP parçalanmadan əvvəl partiyanı tərk etmişdir.[5] 1970-ci ildə Bağdad İnqilab Məhkəməsi Mustafaya ölüm hökmü çıxarmışdır.[6] Nəticədə, o, Avstriyaya sürgünə getmiş və burada Vyana Universitetində beynəlxalq hüquq təhsili almışdır.[7]
1975-ci ilin iyununda Cəlal Tələbaninin ümumi rəhbərliyi altında[8] Mustafanın da tərkibində olduğu[9] "Komala" Əli Əskərinin rəhbərlik etdiyi Kürdüstan Sosialist Hərəkatının birləşməsi nəticəsində yaradılmışdır.[10] Mustafa 1970-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər Peşmərgə qüvvələrinin komandanı olmuş, İraqın BƏƏS ordusuna qarşı gerilla müharibəsinə rəhbərlik etmişdir.[11] Daha yaxşı təchiz edilmiş İraq ordusuna ciddi ziyan vurulduqdan sonra BƏƏS hökuməti kimyəvi silahlardan istifadə etməyə başlamışdır. Sinir-paralitik maddələr və xardal qazı kimi bioloji silahlardan istifadə edən Səddam Hüseyn 1987-ci ilin əvvəlində Ənfal əməliyyatına start vermişdir.[12][13][14]
1991-ci ilin yazında Mustafa planını işə salmış və 7 martda Raniyə şəhərini İraq qüvvələrinin əlindən almışdır. O, 21 mart 1991-ci ildə Kərkük döyüşü ilə sona çatan əməliyyata rəhbərlik etmişdir.[15] Mustafa üsyanın təşkilatçısı hesab edilir. Onun siyasi fəaliyyəti nəticəsində Kürdüstan Regional Hökuməti qurulmuşdur.
Nəşirvan Mustafa ana dilləri soran və kurmanc ilə yanaşı, ərəb, fars, ingilis və alman dillərini də mükəmməl bilirdi.[4] O, 1982-ci ildə ailə həyatı qurmuş, iki oğlu və bir qızı var. Mustafa 19 may 2017-ci ildə, 72 yaşında Süleymaniyyə şəhərində xəstəlikdən vəfat etmişdir.[16]