. Love.az

Nebiyurdu Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Nebiyurdu Yasayis Yeri

Nəbiyurdu yaşayış yeri — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub-qərb yamacında qədim yurd yeri.

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Ümumi məlumat

redaktə

Gəmiqayanın cənub-şərq yamacında,dəniz səviyyəsindən təqribən 3000 metr yüksəklikdədir. Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış qədim əkinçi-maldar tayfaların əsas yaylaq yeri olmuşdur. Tədqiqatlar nəticəsində, Nəbiyurdu ərazisi, buradakı qayaüstü təsvirlər, qədim və orta əsrlərə aid qəbir abidələri və yaşayış yerlərindən əldə olunmuş materiallar eradan əvvəl 2-1-ci minilliklərdə Naxçıvan bölgəsində yaşamış əhalinin həyat və məişət tərzini,mədəni inkişaf yollarını izləməyə imkan verir.[1]

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Xarici keçidlər

redaktə
  • Nəbi yurdu

Həmçinin bax

redaktə
  • Nəbiyurd
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəbiyurdu_yaşayış_yeri&oldid=6639371"
LOVE.AZ