. Love.az

Nergiz Bagirzade - Wikipedia - Love.az

Ana Səhifə - Nergiz Bagirzade
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Nərgiz Eldar qızı Bağırzadə (17 dekabr 1979, Bakı, Azərbaycan SSR) — azərbaycanlı ssenarist.

Nərgiz Bağırzadə
Nərgiz Eldar qızı Bağırzadə
Doğum tarixi 17 dekabr 1979 (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ

Həyatı

redaktə

Nərgiz Bağırzadə 17 dekabr 1979-cu ildə Bakıda anadan olub. Qərb Universitetində (1996-2000) təhsil alıb. 2004-cü ildə ÜDKİ-in ssenari fakültəsinə daxil olub (Rüstəm İbrahimbəyovun emalatxanası). 2007-ci ildən Rüstəm İbrahimbəyovun Kino Məktəbinin kinorejissorluq fakültəsinin tələbəsidir. 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2004-cü ildən yazıları "Литературный Азербайджан" jurnalında dərc olunmağa başlanıb. 2006-cı ildə "Bazar ertəsi artıq külək əsməyəcək" (А в понедельник ветра уже не будет) tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. 2007-ci ildə "Lotereya bileti" (Лотерейный билет) hekayəsi "Мир литературы" jurnalında dərc olunub. "Buludlarda" (В облаках, 2007) qısametrajlı bədii filmin ssenari müəllifi, "Həmişəki kimi" (Как всегда, 2008) qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.

2024-cü ildə ssenari müəllifi olduğu "Qızcığaz" filminin Rusiyada premyerası keçirilmişdir.[1]

Filmoqrafiya

redaktə
  1. Qocalar (film, 2008)
  2. Bir addım (film, 2009)
  3. Qağayı (2012)
  4. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  5. Görüş (film, 2015)
  6. Lotereya bileti (film, 2015) (qısametrajlı bədii film)
  7. Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film)
  8. Təsadüf (film, 2015) (qısametrajlı bədii film)

İstinadlar

redaktə
  1. ↑ İctimai TV. "Azərbaycanlı ssenaristin filmi Rusiya kinoteatrlarında nümayiş olunur" (az.). Youtube.com. 06.02.2024. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nərgiz_Bağırzadə&oldid=8140785"
LOVE.AZ