. Love.az

Neriman Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Neriman Quliyev

Nəriman Ağa-Qulu oğlu Quliyev (28 dekabr 1926, Bakı – 20 may 2014, Bakı) — nüvə fizikası sahəsində alim, Azərbaycan SSR əməkdar elm xadimi (1982), fizika-riyaziyyat elmləri doktoru, professor, akademik.[1]

Nəriman Quliyev
Doğum tarixi 28 dekabr 1926(1926-12-28)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 may 2014(2014-05-20) (87 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahələri fizika, riyaziyyat
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • AMEA Fizika İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "İstiqlal" ordeni — 2005 "Şöhrət" ordeni — 1996
Azərbaycan SSR əməkdar elm xadimi — 1982

Həyatı

redaktə

Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N. Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N. Quliyevin adı ilə bağlı olmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N. Quliyev 1992–2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparmışdır.

Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N. Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu "ATLAS" layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N. Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilmişdir.

Akademik uzun illər ərzində respublikamızda elmin inkişafına mühüm töhfələr vermiş və akademiyanın aparıcı institutlarından olan Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikamızda elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak etmiş və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənmişdir.

Akademik N. Quliyevin həmmüəllifi olduğu "Neytrino" kitabı elementar zərrəciklər fizikası sahəsində Azərbaycan dilində yazılmış ilk və əhəmiyyətli elmi-kütləvi vəsaitdir.

Akademik uzun illər ərzində SSRİ Elmlər Akademiyasının nüvə fizikası sahəsində Koordinasiya Surasının üzvü olmuşdur.

Mükafatları

redaktə
  • Azərbaycan SSR əməkdar elm xadimi — 2 dekabr 1982[2]
  • "Şöhrət" ordeni — 27 dekabr 1996
  • "İstiqlal" ordeni — 14 dekabr 2005
  • iki dəfə "Qırmızı əmək bayrağı" ordeni
  • Türkiyə Fizika Cəmiyyətinin medalı
  • "Birliyin ulduzu" mükafatı (Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşkilatı) — 2011

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir" (az.). science.gov.az. 20.05.2014, 11:25. İstifadə tarixi: 2014-05-22.[ölü keçid]
  2. ↑ Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəriman_Quliyev&oldid=8111150"
LOVE.AZ