Nərminə Əliyeva (27 may 1959, Azərbaycan) — Əməkdar müəllim, görkəmli pedoqoq, German dilləri və Dilçilik nəzəriyyəsi ixtisasları üzrə filologiya elmləri namizədi, təlimçi, Azərbaycan və ingilis dilində bir sıra dərsliklərin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008–2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və respublika müəllimləri arasında ən yüksək nəticəni göstərmişdir
Nərminə Əliyeva | |
---|---|
Doğum tarixi | 27 may 1959(1959-05-27) (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyət illəri | 1978-ci ildən |
Nərminə Mehdiağa qızı Əliyeva 1959-cu il 27 mayda Azərbaycanda anadan olmuşdur. Bakı şəhəri 99 saylı orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili müəllimliyi fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdır. Nərminə xanım ilk əmək fəaliyyətinə 1979-cu ildən elə şagirdi olduğu Bakı şəhəri Binəqədi rayonu 99 saylı orta ümumtəhsil məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır və hal hazırda həmən məktəbin ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir. Nərminə Əliyeva 1993-cü ildən etibarən Qafqaz Universitetində fəaliyyət göstərir və hal-hazırda Qafqaz Universiteti Tərcümə bölməsinə rəhbərlik edir. İngilis dili tədrisi üzrə Birləşmiş Krallıqda və ABŞ-da ixtisaslaşmışdır. N. Əliyeva həmçinin İngilis dili və ədəbiyyatı bölümündə də tədris deyir. Ailəlidir, 1 qızı və 1 oğlu var.
Nərminə Əliyeva 17–dən çox elmi məqalənin müəllifidir.