. Love.az

Nermin Kazimova - Wikipedia - Love.az

Ana Səhifə - Nermin Kazimova

Nərmin Kazımova (28 iyul 1993, Bakı[2] və ya Naxçıvan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015).

Nərmin Kazımova
Ölkə
  •  Azərbaycan[1]
Doğum tarixi 28 iyul 1993(1993-07-28) (31 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan[2] və ya
  • Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Titulu qadınlar arasında qrosmeyster (2015)
Son reytinqi
  • 2.155 (2024)[3]
Maksimal reytinqi 2.364 (aprel 2016)
FİDE nömrəsi 13402951
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Erkən illəri
  • 2 Şahmat karyerası
  • 3 Reytinqi
  • 4 Şəxsi həyatı
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Erkən illəri

redaktə

Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib.[4] 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir.[4] Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur.[4]

Şahmat karyerası

redaktə

2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.[5]

2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb.[6] Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.[7]

2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.[8]

2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.[9]

2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub.[10]

2016-cı ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal toplamış Nərmin Azərbaycan çempionu oldu.[11]

Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2008-ci ildə İtaliyanın Turin[12] və 2016-cı ildə Azərbaycanın Bakı[13] şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında çıxış etmişdir.[14]

Nərmin, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.[15]

Reytinqi

redaktə

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərmin 2323 xalla Azərbaycan qadın şahmatçıları arasında 3-cü,[16] "Top 100 Women February 2017" reytinq cədvəlində isə 154-cü yerdə qərarlaşıb.

Şəxsi həyatı

redaktə

Azərbaycanlı şahmatçı Misrətdin İsgəndərov ilə ailə həyatı qurub.[17]

İstinadlar

redaktə
  1. ↑ 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. ↑ 1 2 https://famousnetworths.com/kazimova-n%C9%99rmin-nizami-qizi-net-worth/.
  3. ↑ FİDE FIDE Standard Ratings as of 31 jul 2024. 2024.
  4. ↑ 1 2 3 "İlin ən yaxşı şahmatçısıtrivia". Muallim.edu.az. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  5. ↑ "World Youth Chess Championships 2009". Fide.com. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  6. ↑ "Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin məktəblilərdən ibarət komandası aprelin 4-dən 12-dək Yunanıstanın Saloniki şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında iştirak edib". edu.gov.az. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  7. ↑ "Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli, Kənan İzzət və Nərmin Kazımova dünya çempionu adını qazanmışlar". Azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  8. ↑ "Şahmat üzrə Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşmişdir". Azertag.az. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  9. ↑ ""20 yaşadək qızlar arasında Azərbaycan birinciliyi"". Chess-results.com. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  10. ↑ "Zeynəb Məmmədyarova qadınlar arasında Azərbaycan Çempionu oldu". Chess.az. 2015-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  11. ↑ "Чемпионат Азербайджана среди мужчин и женщин, 2016г.!". Azerichess.az. 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  12. ↑ "Kazimova, Narmin Nizami Qizi WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  13. ↑ "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  14. ↑ "Kazimova, Narmin Nizami Qizi EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  15. ↑ "Titles approved in Krakow, Poland". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-19.
  16. ↑ "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində arxivləşdirilib.
  17. ↑ "Şahmat mühacirləri – Azərbaycanda haqqı qəsb olunan ustalar - ARAŞDIRMA". Aqreqator.az. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23. (#apostrophe_markup)

Xarici keçidlər

redaktə
  •  Vikianbarda əlaqəli media-fayllar
  • FIDE Chess profili
  • Narmin Kazimova. Chess-DB.com[ölü keçid]  (ing.)
  • Narmin Kazimova. Chessgames.com  (ing.)
  • Narmin Kazimova. 365Chess.com  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nərmin_Kazımova&oldid=8126133"
LOVE.AZ