Nəzakət Fətəli qızı Məmmədli (25 dekabr 1971, Sabirabad rayonu – 4 fevral 2025, Bakı) — filologiya elmləri doktoru, dosent, AMEA Əlyazmalar İnstitutunun baş elmi işçisi,[1] Xəzər Universitetinin "Məsnəvi" mərkəzinin direktoru.
Nəzakət Məmmədli | |
---|---|
Doğum tarixi | 25 dekabr 1971(1971-12-25) |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 2025(2025-02-04) (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşağı | 3 |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Azadə Rüstəmova |
Nəzakət Məmmədli 25 dekabr 1971-ci ildə Sabirabad rayonunda anadan olub. 1989-cu ildə orta məktəbi medalla, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.[2]
21 fevral 2002-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinə elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1 oktyabr 2010-cu ildən böyük elmi işçi, 2012-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışırdı.
4 fevral 2025-ci ildə qəfil ürəktutmadan vəfat edib.[3]
1997-ci ildə filologiya elmləri doktoru, professor Nadir Məmmədli ailə həyatı qurub.[4] 1998-ci ildə qızı Ülya Məmmədli, 1999-cu ildə oğlu İnal Məmmədli, 2008-ci ildə sonuncu övladı Ünay Məmmədli dünyaya gəlib.
2000-ci ildə Azadə Rüstəmovanın elmi rəhbərliyi ilə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda "Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.[5]
2023-cü ildə "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Təsəvvüf ədəbiyyatı, Klassik Divan şeiri, Türk ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Fars Ədəbiyyatı, Əski əlyazmalar, filoloji və bədii tərcümə sahələri üzrə tədqiqat aparmışdır.
Fəridəddin Əttarın həyat və yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə tam və kompleks bir araşdırma aparmışdır.[6]
AMEA Əlyazmalar İnstitutunun "Türk dünyası əlyazmalarının tədqiqi" şöbəsinin baş elmi işçisi işləmişdir.[7]
155 elmi əsərin müəllifidir.
Gənc aspirantların II Ümum Respublika konfransında I yerə və mükafata layiq gorülmüşdür.
2010-cu ildə "Mir Həmzə Seyid Nigari Divan"ının nəşri ilin kitabı elan olunub.