. Love.az

Nagaraxana - Wikipedia - Love.az

Ana Səhifə - Nagaraxana
Bu adın digər istifadə formaları üçün bax: Kirovka.

Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]

Nağaraxana
40°44′27″ şm. e. 48°38′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Nağaraxana xəritədə
Nağaraxana
Nağaraxana

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Əhalisi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür.[2][3] Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir.[4] Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır.

Tarixi

redaktə

Əhalisi

redaktə

Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. ↑ А.Н. Ямсков, Адаптация “сектантов” – переселенцев-старожилов в Азербайджане в 19 в. https://azerhistory.com/?p=29513 Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine
  3. ↑ (#empty_citation)
  4. ↑ Nağaraxana // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nağaraxana&oldid=8143592"
LOVE.AZ