Nadejda Fyodorovna Skarskaya (rus. Наде́жда Фёдоровна Ска́рская; 1868, Sankt-Peterburq – iyun 1958, Leninqrad) — Rus və sovet teatr və kino aktrisası, teatr rejissoru, teatr xadimi. RSFSR-in əməkdar artisti (1927). XX əsrin əvvəllərində məşhur rus aktrisası Vera Komissarjevskayanın kiçik bacısı (1864-1910).[1]
Nadejda Skarskaya | |
---|---|
rus. Наде́жда Фёдоровна Ска́рская | |
![]() | |
Doğum tarixi | 1868 |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1958 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | aktrisa, teatr rejissoru |
Fəaliyyət illəri |
|
Mükafatları |
![]() |
![]() |
Rus opera artisti və musiqi müəllimi F.P.Komissarjevskinin ailəsində anadan olub. Qardaşı Fyodor Komissarjevski məşhur teatr rəssamı və rejissorudur. Bacısı - Vera Komissarjevskaya - XX əsrin əvvəllərində məşhur rus aktrisası olub.
Nadejda Skarskaya 1899-1900-cü illərdə Moskva İncəsənət Teatrının səhnəsində, daha sonra əyalət teatrlarında çalışıb.
1903-cü ildə Nadejda Skarskaya Sankt-Peterburqdakı Liqovski Xalq Evində Səyyar Xalq Teatrının ilk illərində onun dirçəlməsində mühüm rol oynayıb.
1905-ci ildə Skarskaya P.P.Qaydeburovla birlikdə “Səyyar Dram Teatrı”nın (1905-1928, 1920-ci ildən Dövlət Səyyar Teatrı) əsasını qoyublar. Teatr 1925-ci ildən - P.Qaydeburov və N.Skarskaya adına Dövlət Səyyar Teatrı adlanmağa başlayıb. Dövlət Səyyar Teatrı daimi truppa ilə Rusiyanın əyalətlərinin iri şəhərlərində qastrol səfərində olurdu. Birinci Dünya müharibəsi başlamamışdan əvvəl Səyahət Teatrı hər il Rusiyanın şimal və mərkəzi şəhərlərinə, Ukraynaya, Belarusa, Qafqaza, Sibirə və Uzaq Şərqə səfərlərə gedirdi. Repertuarını əsasən klassik əsərlər üzərində quran Xalq Teatrından fərqli olaraq, Səyyar Teatr həm əyalətlər, həm də paytaxt tamaşaçıları üçün müasir, yeni tamaşalar oynamağa çalışırdı. Onun repertuarında Anton Çexov, Maksim Qorki, Henrik İbsen kimi dövrün klassiklərinin əsərləri üstünlük təşkil edirdi. Tədricən hər iki teatr bi teatr halına gəldi və adları birləşdi.
Birinci Dünya müharibəsinin başlamasından sonra Nadejda Fyodorovna teatr səhnələrində oynamağa davam edib. Lakin sənətinin populyarlığının çiçəkləndiyi dövr, qarşıdan gələn Vətəndaş müharibəsi və Bolşevik hakimiyyətinin qurulması ilə eyni vaxta düşməsiylə tədricən sönməyə başlayıb. Bolşeviklər hakimiyyətə gələndə və vətəndaş müharibəsi başlayanda Nadejda Fyodorovna ondan daha məşhur qardaşından fərqli olaraq vətəndə qalmağı seçir və xaricə getməməyi qərara alır. Bu qərar əslində onun gələcək karyerasına son qoyur. Sonrakı illərdə o, aktrisalığa davam edir, lakin sovet teatrının səviyyəsi orta Rusiya imperiyası dövrü teatrı ilə müqayisə oluna bilməzdi. Belə ki, tamaşaların ümumi məzmunu siyasi qərarlarla müəyyən edilirdi. Teatr tamaşaları daha çox siyasi mahiyyət daşıyırdı. Belə vəziyyət Nadejda Skarskayaya öz istedadını tam şəkildə açmasına imkan vermirdi.[2]
Aktrisa karyerası dövründə Nadejda Skarskaya səhnədə 200-dən çox rol oynayıb. Skarskaya 1927-ci ildə RSFSR əməkdar artisti adını alıb.
1959-cu ildə Skarskaya və həyat yoldaşı P.P.Qaydeburovla birgə "Səhnədə və həyatda" adlı xatirə kitabı nəşr olunub.
Nadejda Skarskaya 1958-ci ildə Leninqrad Səhnə Veteranları Evində vəfat edib.[3] O, Volkovski Pravoslav Qəbiristanlığının Ədəbi xiyaban hissəsində dəfn olunub.