Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayır.
Nahidə Babaşlı | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Nahide Babashli |
Doğum tarixi | (28 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 2018–h.h. |
Janr | Pop musiqi |
Əlaqəsi | DMC |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır.[2] Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır.[3]
Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır.[4] İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı.
O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.[5] Həmçinin, Azərbaycan dilində musiqi oxuduğunda problem yaşadığını bildirmişdir. Belə ki, oxuduğu mahnılar əsasən müəllif hüquqları səbəbiylə yerləşdirdiyi platformlardan silinirdi. [6]
Öz kanalında paylaşdığı Üzüm, Anla, Bir sözüm var, Dido, Gözlərimi bağlasam, Dəli olanlar, Sən məndən ayrıldın, Gəzi bağları, Gönlümdən vaz keç, Özünə fikir ver, Gözlərimdəki an, Zifiri mahnıları, musiqi həvəskarlarından milyonlarla bəyənmə və müsbət şərh aldı.
2014-cü ildə həyatını itirən Murat Göyəbaxanın "Ay Üzlüm" mahnısını səsləndirmiş və səkkiz gün ərzində 1.920.581 izlənmə almışdır. Babaşlının ifası Türkiyə Kütləvi İnformasiya Vasitələrində də yüksək qiymətləndirilib və türk sosial media istifadəçiləri onun haqqında müsbət ifadələr işlədiblər.[7]
Elnarə Abdullayevanın qardaşı qızıdır.[8]
Qeyd: Cədvəldə Nahidə Babaşlının ifa etdiyi musiqi siyahısı yer almaqdadır. Albom sırasında ad yoxdursa, o mahnı Sinqldır.
Paylaşıldığı İl | Musiqi Adı | Albom Adı |
---|---|---|
25.04.2018 | Ay Yüzlüm | |
06.01.2019 | Triyakiyim | Yarım Söz |
01.03.2019 | Yarım Söz | Yarım Söz |
20.03.2019 | Ansızın | Yarım Söz |
15.11.2019 | Benim Hikayem | |
18.02.2021 | Nası Seviyo | |
13.08.2021 | Şaheser | |
30.11.2021 | Çemberimde Gül Oya | Yarım Söz |
30.11.2021 | Sendeyim | Yarım Söz |
30.11.2021 | Dam Üstüne Çul Serer | Yarım Söz |
25.12.2021 | Sen İstnabul'sun | |
07.01.2022 | Unuttun mu Beni? | |
21.02.2022 | Silemem | |
15.04.2022 | Nasıl Seveceğim? | |
04.05.2022 | Yorgun Biri | |
13.05.2022 | Akşam Olur Karanlığa Kalırsın | |
14.05.2022 | Buralardan Geçmez | |
20.05.2022 | Kararsızım | |
22.07.2022 | Canım Acıyor | |
01.10.2022 | Kasım | |
11.10.2022 | Sen | |
25.10.2022 | Yağmur | |
08.12.2022 | Unuttun mu Beni? | |
27.01.2023 | Ayrılık Vakti | |
10.03.2023 | Sen Ciddisin | |
28.03.2023 | Günahsızım |