. Love.az

Naim Talu - Wikipedia - Love.az

Ana Səhifə - Naim Talu

Mehmet Naim Talu (22 iyul 1919[2], Konstantinopol – 15 may 1998[2], İstanbul; türk. Mehmet Naim Talu)[3]. Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri.

Naim Talu
türk. Mehmet Naim Talu
Türkiyə Respublikasının Baş naziri
15 aprel 1973[1] – 26 yanvar 1974[1]
PrezidentFəxri Qorutürk
ƏvvəlkiFərid Sədi Mələn
SonrakıBülənd Ecevit
Türkiyə Ticarət Naziri
11 dekabr 1971 – 15 aprel 1973
Baş nazirFərid Sədi Mələn
Əvvəlkiİsmayıl Həmid Özər Dərbil (Xarici İqtisadi Əlaqələr Naziri kimi)
SonrakıƏhməd Türkəl
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri
4 iyul 1967 – 11 dekabr 1971
ƏvvəlkiZiya Kayla
SonrakıYusif Yetkin
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyul 1919
Doğum yeri İstanbul, Osmanlı İmperatorluğu
Vəfat tarixi 15 may 1998 (78 yaşında)
Vəfat yeri İstanbul,Türkiyə
Dəfn yeri
  • Zəncirliquyu qəbiristanlığı
Təhsili İstanbul Universitetinin İqtisadiyyat Fakültəsi, Kabataş Erkek Lisesi
Fəaliyyəti iqtisadçı, siyasətçi, bankir[d]
Atası Mehmet Nizamettin
Həyat yoldaşı Gevher Talu
Uşaqları Tülin, Füsun

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Şəxsi həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib. Melen Hökuməti geri çəkildikdə isə, Cümhuriyyət Güvən Partiyası və Ədalət Partiyasının ortaq namizədi olaraq Türkiyənin 36-cı Hökumətini qurub.

O, 1973-cü ilin seçkiləri nəticəsində heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi üçün 1974-cü ilin fevralına qədər hakimiyyətdə qalıb. Bundan əlavə Bülənd Ecevitin sədrliyi ilə Cümhuriyyət Xalq Partiyası ilə Milli Qurtuluş Partiyası koalisiyası qurulduqdan sonra vəzifəsini Bülənd Ecevitə təhvil verib. 1976-cı ildə isə Kvota Senatorluğu başa çatıb.

Şəxsi həyatı

redaktə

Naim Talu 15 may 1998-ci ildə İstanbulda vəfat edib. Məzarı Zəncirliquyu qəbiristanlığındadır.

O,ingilis dilini bilirdi. Naim Talu evli olub, iki övlad var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Arxivlənmiş surət". 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  2. ↑ 1 2 Naim Talu // Munzinger Personen (alm.).
  3. ↑ "Arxivlənmiş surət". 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.

Xarici keçidlər

redaktə
  • Naim Talu
  • NAİM TALU TÜRKİYE CUMHURİYETİ ESKİ BAŞBAKANI  (türk.)
Sələfləri 
Fərid Mələn
Türkiyə Respublikasının Baş naziri
15 aprel 1973 — 26 yanvar 1974
Xələfləri 
Bülənd Ecevit
Sələfləri 
Ziya Kayla
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri
4 iyul 1967 - 11 dekabr 1971
Xələfləri 
Yusif Yetkin
Sələfləri 
İsmayıl Həmid Özər Dərbil
(Xarici İqtisadi Əlaqələr Naziri kimi)
Türkiyənin Ticarət naziri
11 dekabr 1971 - 15 aprel 1973
Xələfləri 
Əhməd Türkəl
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naim_Talu&oldid=7257684"
LOVE.AZ