. Love.az

Namewee - Wikipedia - Love.az

Ana Səhifə - Namewee

Vi Men Çi (çin. 黄明志; Wee Meng Chee; Huáng Míng zhì) — Malayziya çinlisi olan musiqi ifaçısı, bəstəkarı, kino yaradıcısı və aktyoru. O, Namewee səhnə adı altında tanınır.

Namewee
黄明志
Doğum tarixi 6 may 1983 (42 yaş)
Doğum yeri Malayziya Malayziya, Cohor, Muar
Vətəndaşlığı Malayziya Malayziya
Partnyoru Sara (2010 - günümüz)
Milliyyəti hainanlı han
Təhsili Min Çuan Universiteti
Fəaliyyəti musiqiçi, kino sənətçisi
Fəaliyyət illəri 2007 - günümüz
youtube.com/user/namewee
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Saxlanması və həbs edilməsi
  • 3 Birgə işləri
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Vi Malayziyanın Cohor ştatında yerləşən Muar şəhərində anadan olub. Doğma şəhərində məktəbini qurtarıb, 2002-ci ildə təhsilini Çin Respublikasında davam etmişdi. Orda, Vi Taoyuan şəhərində Min Çuan Universitetinin kütləvi kommunikasiya proqramını oxuyub.[1] Malayziyanı tərk edəndə, məktəb illərində dostları ilə qurduğu Aunt Band (ing. 大娘乐队) musiqi qrupundan çıxmağa məcbur olub.[2]

Namewee-nin ilk populyarlıq sıçrayışı onun Neqaraku adlı Malayziyanın dövlət himninə Neqarakuku adlı mübahisəli parodiyasının 2007-ci ildə, Çin Respublikasında oxuduğu zamanı YouTube-a yükləşinin nəticəsi idi.[3]

Saxlanması və həbs edilməsi

redaktə

2016-cı ilin avqustun 2-də bəyan olunub ki, Pinanq polisi onu xaricə səyahətindən qayıdandan sonra dərhal həbs edəcək. O, Oh my God musiqi videosunda İslamı təhqir etməyində ittiham olunurdu.[4] Saxlanmasından əvvəl 2016-cı ilin avqustun 21-də Vi YouTube-da Surrender adlı videonu buraxıb. O videoda, Vi saxlanılmasından əvvəl bədənində zədələr olmamasını göstərmək üçün cinsiyyət orqnlarını senzura eləyib, lüt soyunub.[5]

Planlaşdığına görə, polis onu 2016 ilin avqustun 21-də Kuala Lumpur Beynəlxalq Hava Limanı çatmış saxlayıb.[6] Növbəti gün, o, Cinayət Kodeksinin 295-ci bölməsinə (dini təhqir etmək məqsədi ilə zərər və ya murdar edilməsi) əsasən dörd günə istintaq təcridxanasına qoyulub.[7] 2016-cı ilin avqustun 25-də, məhkəmə onun həbsini mədə yarasına görə uzaltmağı imtina edəndən sonra, Vi müvəqqəti olaraq zaminə buraxılıb.[8]

2018-ci ilin fevralın 22-də o, Like a Dog musiqi videosunda Putra məscidi qabağında isbatsız şəkildə rəqs etdiyini iddia olunduğuna görə, Vi polis tərəfindən istintaq aparmaq üçün bir gün ərzində saxlanılıb.[9]

Birgə işləri

redaktə

Namewee-nin Stranger In The North (çin. 漂向北方) adlı musiqi videosunda Uan Lihom oynayırdı.[10] 2017-ci ilin oktyabrın 21-də, o həmin mahnının başqa versiyasını, bu dəfə Hohnkonqlu musiqiçi G.E.M. iştrakı ilə buraxıb.[11]

Namewee Yapon aktrisa və müğənnisi Meu Ninomiya ilə Tokyo Bon 2020 (yap. 東京盆踊り2020) musiqili videonu buraxıb.[12]

İstinadlar

redaktə
  1. ↑ "What the *&%^*& – here's the Namewee you didn't expect". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  2. ↑ Seto Kit Yan. "Artiste or activist: What makes Namewee tick?" (İngilis). The Star. 29 noyabr 2018. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2019.
  3. ↑ Namewee. "我愛我的國家 Negarakuku (2007大馬觀光年主題曲)" (Chinese). Blogger. 15 July 2007. 29 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2007.
  4. ↑ "Police to arrest Namewee over Oh My God probe - Nation | The Star Online". www.thestar.com.my. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2019.
  5. ↑ "[Namewee Tokok] 062 Surrender 自首 Serah Diri 21-08-2016". YouTube. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  6. ↑ Tan, Royce. "Namewee arrested - Nation | The Star Online". www.thestar.com.my. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2019.
  7. ↑ Tan, Christopher; Shiying, Crystal Chiam. "Namewee remanded for four days - Nation | The Star Online". www.thestar.com.my. 5 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2019.
  8. ↑ "Malaysian rapper freed after being held for insulting Islam". Channel NewsAsia. 2016-08-25. 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  9. ↑ "Namewee arrested over controversial CNY video". 2022-01-30 tarixində arxivləşdirilib.
  10. ↑ Namewee, 黃明志Namewee feat. 王力宏 Leehom Wang【漂向北方 Stranger In The North 】@CROSSOVER ASIA 2017亞洲通車專輯, 2017-03-04, 2021-02-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-10-05
  11. ↑ Namewee, 黃明志Namewee feat. 鄧紫棋 G.E.M.【漂向北方 Stranger In The North 】KTV Version 包廂版, 2017-10-21, 2023-08-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-09-30
  12. ↑ Namewee, Tokyo Bon 東京盆踊り2020 (Makudonarudo) Namewee 黃明志 ft.Cool Japan TV @亞洲通吃2018專輯 All Eat Asia, 2017-11-19, 2021-05-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-09-30

Xarici keçidlər

redaktə
   YouTuber ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Namewee&oldid=7511125"
LOVE.AZ