Natalie (ナタリー, Natari?) – Yaponiya əyləncə xəbərləri saytı. 2007-ci ildə yaradılmışdır və "Natasha" şirkəti tərəfindən idarə olunur. Sayt Xulio İqlesiasın eyniadlı mahnısının şərəfinə adlandırılmışdır. "Natalie" Yaponiyanın aparıcı əyləncə xəbərləri saytlarından biridir.
Natalie | |
---|---|
URL | natalie.mu |
Dilləri | yapon dili |
Açılma tarixi | 1 fevral 2007 |
Alexa reytinqi |
|
Məzmun tərtibatçısı "Natasha" 2005-ci ilin dekabrında yaradılmış,[2] 2006-cı ilin fevralında məhdud şirkət olmuşdur.[2] 1 fevral 2007-ci ildə "Natasha" öz xəbərlər saytı olan "Natalie"nı açmışdır.[2] Sayt öz adını Xulio İqlesiasın "Nathalie" mahnısının adından götürmüşdür.[3] Sayt musiqi xəbərlərinə həsr olunmuş və gündəlik xəbərləri çatdırmaq ideyası üzərinə açılmışdır. Sayt xəbərlərə şərh bildirmək və 30-a qədər sənətçi haqqında xəbərlər haqqında bildirişlər almaq istəyən istifadəçilər üçün qeydiyyatdan keçmə funksiyası əlavə etmişdir.[2]
25 dekabr 2008-ci ildə manqa xəbərlərini çatdıran "Comic Natalie" (コミックナタリー?) altsaytı, 5 avqust 2009-cu ildə komediyaçı xəbərlərini çatdıran "Owarai Natalie" (お笑いナタリー?) açılmışdır.[4]
1 avqust 2012-ci ildə mədəniyyət məhsullarının satışı ilə məşğul olan "Natalie Store" (ナタリーストア?) istifadəyə verilmişdir. 23 mart 2015-ci ildə film xəbərlərini çatdıran "Eiga Natalie" (映画ナタリー?) altsaytı, 2 fevral 2016-cı ildə teatr xəbərlərini çatdıran "Stage Natalie" (ステージナタリー?) altsaytı açılmışdır. 18 may 2011-ci ildə məzələr haqqında xəbərlər çatdıran "Oyatsu Natalie" (おやつナタリー?) altsaytı açılsa da, həmin ilin 31 avqustunda bağlanmışdır.[5]
"Natasha" şirkətinin qurucusu və təmsilçi direktoru Takuya Oyamadır. O, musiqi xəbərləri saytının baş redaktorudur.[6] 2014-cü ildən etibarən "Natasha" "KDDI" şirkətinin tərkibinə daxildir.
"IT Media News"a görə sayt musiqi haqqında ətraflı məlumat versə də, yazılar çox uzun olduğu üçün oxucular sadəcə məzmuna göz gəzdirməklə kifayətlənirlər.[7]