. Love.az

Nataliya Vodyanova - Wikipedia - Love.az

Ana Səhifə - Nataliya Vodyanova

Nataliya Vodyanova (rus. Наталья Водянова) (təxəllüsü Водя́нова 28 fevral 1982, Qorki) — rusiyalı model[1], aktrisa və filantrop.

Nataliya Vodyanova
rus. Наталья Водянова
Doğum tarixi 28 fevral 1982 (43 yaş)
Doğum yeri Qorkiy, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya
Uşaqları 5 (Lucas Portman, Neva Portman, Viktor Portman daxil olmaqla)
Milliyyəti rus
Fəaliyyəti filantrop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyera
    • 2.1 Maraqlı faktlar
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Nataliya Mixaylovna Vodyanova 28 fevral 1982-ci ildə indiki Nijni Novqorod şəhərində, Larisa Viktorovna Qromova və Mixail Vodyanovun ailəsində[2] anadan olmuşdu. Bundan başqa onun 2 balaca bacıları - Oksana Vodyanova (uşaqlıqdan invalid, Autizm xəstəliyinin kəskin formasından əziyyət çəkir)[3][4][5] və Kristina Vodyanova (1997-ci ildə anadan olmuşdu, Londonda yaşayır və təhsil alır)[3].

Milliyətcə rusdur; ata tərəfdən isə erzyandır.

16 yaşından[6] Yevgenia Çkalovanın «Евгения» model agentliyinə daxil olunur. Orada ona ingilis dilini öyrənməyə tövsiyə edirlər. Beksteyclərin birində onunla Viva Model Management model evi maraqlanır; onu Parisə dəvət edirlər. Bir neçə aydan sonra o Fransaya köçür.

Karyera

redaktə
  • Nataliya Gucci, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Louis Vuitton, Marc Jacobs, Ralph Lauren, Chloe, Valentino, Givenchy, Jean-Paul Gaultier, Miu Miu, Hermes, Kenzo, Viktor & Rolf, Dolce&Gabbana, Balenciaga, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı.
  • Vogue, Harper's Bazaar, Marie Claire, ELLE kimi brend jurnalların üz qabığını bəzəyirdi.
  • L’Oreal Paris kosmetik markanın "üzü" seçilmişdi, həmçinin Louis Vuitton, David Yurman, Marc Jacobs, Miss Sixty, Pepe Jeans, Diane von Fürstenberg, Chanel, Gucci, Guerlain brendlərin reklam kampaniyalarında iştirak etmişdi.
  • 2003-cü ildə Calvin Klein şirkətinin rəsmi "üzü və bədəni" seçilmişdi.
  • Sunday Times-ın məlumatlarına əsasən Nataliya Böyük Britaniyanın 2003-cü ilə əsasən 3-cü ən varlı insanı seçilmişdi. O il ərzində 3,6 mln. £ qazanmışdı.
  • 2007-ci ildə, oğlu Viktorun anadan olması ilə əlaqədar Nataliya qismən olaraq model biznesindən uzaqlaşmağa qərar verdi.

Maraqlı faktlar

redaktə

Nataliya Vodyanovanın anketi:

  • Boyu : 176 sm[7]
  • Çəkisi :
  • Sinə ətrafı : 86,5 sm[7]
  • Beli : 61 sm[7]
  • Omba genişliyi : 86,5 sm[7]
  • Saçlarının rəngi : Sarışın
  • Gözlərinin rəngi : Mavi

Filmoqrafiya

redaktə
İl Filmin adı Rol
2001 Agent Cırcırama Bricitt
2008 Tıxac kameo
2010 Titanların döyüşü Meduza Qorqona
2012 Sevgililər Ariana

İstinadlar

redaktə
  1. ↑ "Наталья Водянова устроила скандал". 2012-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  2. ↑ "Брата супермодели Натальи Водяновой судят за разбой // KP.RU — Нижний Новгород". 2012-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  3. ↑ 1 2 "Москва 24 ― «Интервью»: Наталья Водянова -«Каждый ребёнок достоин семьи»". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  4. ↑ "Наталья Водянова: биография". 2013-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  5. ↑ "Наталья Водянова: фото, биография – рост, вес Натальи Водяновы". 2011-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  6. ↑ "Наталья Водянова — Вечерний Ургант — Первый канал (15-я мин.)". 2012-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  7. ↑ 1 2 3 4 "Наталья Водянова" (ingilis). FashionModelDirectory.com. 2012-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-18.

Xarici keçidlər

redaktə
  Vikianbarda Nataliya Vodyanova ilə əlaqəli mediafayllar var.
  • Natalia Vodianova — IMDb səhifəsi
  • Profile Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine at AskMen.com
  • Naked Heart Foundation
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nataliya_Vodyanova&oldid=6672540"
LOVE.AZ