. Love.az

Naxcivanin Sesi - Wikipedia - Love.az

Ana Səhifə - Naxcivanin Sesi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Naxçıvanın səsi — Naxçıvan MR-də fəaliyyət göstərmiş radio.

Naxçıvanın səsi
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
Yaranma tarixi 19 sentyabr 2001

Haqqında

redaktə

“Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio  hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanıb.

“Naxçıvanın səsi” radiosu  hər gün səhər saat  08:00-dan gecə saat 00:00-dək  16 saat efirdə yayım həyata keçirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirib və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərib.

"Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində – 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfindən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.

16 may 2023-cü ildə Kanal 35-lə eyni gündə fəaliyyəti dayandırılıb.[1]

İstinadlar

redaktə
  1. ↑ "Naxçıvanda yayımlanan radionun fəaliyyəti dayandırılıb". Oxu.az (az.). İstifadə tarixi: 2024-09-19.

Həmçinin bax

redaktə
  • Kanal 35
  • Naxçıvan Radiosu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naxçıvanın_səsi&oldid=8005950"
LOVE.AZ