. Love.az

Naxcivan Herbi Qarnizonu - Wikipedia - Love.az

Ana Səhifə - Naxcivan Herbi Qarnizonu

Naxçıvan Hərbi Qarnizonu — Azərbaycan Silahlı Qüvvələrinin qoşun birləşmələri.[1]

Naxçıvan Hərbi Qarnizonu
Növü Motoatıcı
Yaranma tarixi 7 sentyabr 1991
Ölkə Azərbaycan
Tabedir Azərbaycan Silahlı Qüvvələri
Daxildir Azərbaycan Quru Qoşunları
Qərargah Naxçıvan
Ləqəbi Naxçıvan korpusu və ya Naxçıvan ordusu
Müharibələr Qarabağ müharibəsi
Günnüt əməliyyatı
İkinci Qarabağ müharibəsi
Döyüşlər Şuşa əməliyyatı 2020
Komandanlıq
Məşhur komandirləri Tehran Mənsimov

Mündəricat

  • 1 Haqqında
  • 2 Komandanları
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

1991-ci il sentyabrın 7-də erməni təcavüzünün gücləndiyi şəraitdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin imzaladığı qərarla Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1992-ci il iyul-avqust ayında qəbul etdiyi qərarlara əsasən keçmiş SSRİ Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələri əmlakı ilə birlikdə DMK-ya verildi. 1992-ci il sentyabrın 19-da DMK-nın bazasında Azərbaycan Milli Ordusunun 705 saylı motoatıcı briqadası, eyni zamanda keçmiş 41-ci sərhəd dəstəsinin bazasında 22 avqust 1992-ci il tarixdə Azərbaycanın ilk sərhəd dəstəsi yaradıldı. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində 1995-ci il iyunun 21-də 705 saylı motoatıcı briqada 705 saylı motoatıcı diviziyaya çevrilmiş, 1998-ci il dekabrın 8-də isə həmin diviziyanın bazasında korpus yaradılmışdır. 10 aprel 1995-ci il tarixdə Daxili qoşunların Naxçıvan taboru yaradılmış, 4 dekabr 2002-ci il tarixdə həmi tabor Daxili Qoşunların Naxçıvan Alayına çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsi "Naxçıvan" Sərhəd Diviziyasına çevrilmişdir.

Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasının ərazisindəki qurumları birlikdə Naxçıvan Hərbi Qarnizonunu təşkil edir.[1]

Komandanları

redaktə
  • General-polkovnik Kərəm Mustafayev (2014-h.h.)

Həmçinin bax

redaktə
  • Azərbaycan Silahlı qüvvələri

İstinadlar

redaktə
  1. ↑ 1 2 Naxçıvan Hərbi Qarnizonu// Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 85. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

redaktə
  • Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular yunan-roma və sərbəst güləş növündə güclərini sınayıblar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naxçıvan_Hərbi_Qarnizonu&oldid=7598000"
LOVE.AZ