. Love.az

Naxcivan Mehelleleri - Wikipedia - Love.az

Ana Səhifə - Naxcivan Mehelleleri

Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi:

  1. Zaviyə məhəlləsi
  2. Şahab məhəlləsi
  3. Pirqamış məhəlləsi
  4. Əlixan məhəlləsi
  5. Sarvanlar məhəlləsi
  6. Gömayıl məhəlləsi
  7. Xoşulu məhəlləsi
  8. Atabəylər məhəlləsi
  9. Qurdlar məhəlləsi
  10. Qala məhəlləsi

Mündəricat

  • 1 Qaraağac məhəlləsi
  • 2 Qoçaltı məhəlləsi
  • 3 Şahab məhəlləsi
  • 4 Mənbə
  • 5 İstinadlar

Qaraağac məhəlləsi

redaktə

Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib.[1]

Qoçaltı məhəlləsi

redaktə

Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər.[2]

Şahab məhəlləsi

redaktə

Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir.[3] Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır.[4] Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.

Mənbə

redaktə
  • Naxçıvan əyalətinin müfəssəl dəftəri. Bakı, "Şuşa", 2000.

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 250. ISBN 5-8066-1468-9.
  2. ↑ Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 290. ISBN 5-8066-1468-9.
  3. ↑ "Arxivlənmiş surət" (PDF). 2021-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-15.
  4. ↑ "Arxivlənmiş surət" (PDF). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naxçıvan_məhəllələri&oldid=7149988"
LOVE.AZ