Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Nazim İsmayılov | |
---|---|
17 may 2019 – 16 may 2020 | |
Əvvəlki | Siraqəddin Cabbarov |
Sonrakı | Elmir Bağırov |
21 aprel 2011[1] – 17 may 2019 | |
Əvvəlki | Heydər Abbasov[2] |
Sonrakı | Siraqəddin Cabbarov |
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı | |
7 iyul 2006 – 21 aprel 2011 | |
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı | |
19 aprel 2001 – 7 iyul 2006 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyul 1952(1952-07-24) (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
İxtisası | istilik energetik mühəndisi və politoloq |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.[3]Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır.
Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.[4]