Niş döyüşü — 1443-cü ildə, noyabr ayının əvvəllərində Yanoş Hunyadi və Georgi Brankoviçin başçılıq etdiyi səlibçilər ilə Qasım Paşanın rəhbərlik etdiyi Osmanlı imperiyası qoşunları arasında döyüşdü. Səlibçilər Serbiyada Osmanlının qalası olan Nişi ələ keçirmiş və Osmanlının iki ordusunu məğlub etmişdir.[5][6] Niş döyüşü Hunyadinin hərbi yürüşünün bir hissəsi idi. Hunyadi avanqardın başında Trayan darvazasından Balkanları keçmiş, Nişi ələ keçirmiş, üç Osmanlı paşasını məğlub etmiş və Sofiyanı Osmanlılardan almışdır. O, sonradan kral ordusu ilə birləşərək Snaimdə (Kustinitsa) sultan II Muradı məğlubiyyətə uğratmışdır. Kralın səbirsizliyi və 1444-cü ilin fevralında qışın şiddətli olmağı onu geri çəkilməyə məcbur qoymuşdur.
Niş döyüşü | |||
---|---|---|---|
Varnaya səlib yürüşü | |||
Tarix | 1443-cü ilin noyabr ayının əvvəlləri | ||
Yeri | Niş, Osmanlı imperiyası | ||
Nəticəsi | Səlibçilərin qələbəsi[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1440-cı ildə Yanoş Hunyadi Polşa kralı III Vladislavın etibarlı məsləhətçisi və ən nüfuzlu sərkərdəsinə çevrilmişdir. Hunyadi Belqrad qalasının kapitanlığı ilə mükafatlandırılmış və Osmanlılara qarşı hərbi əməliyyatlara rəhbərlik etmişdir. Kral Vladislav Hunyadiyə şərqi Macarıstanda mülklər verməklə onun xidmətlərini tanımışdı. Hunyadi qısa zamanda ixtiyarında olan məhdud resurslarla müdafiəsini gücləndirmək üçün fövqəladə qabiliyyət nümayiş etdirmişdi. O, 1441-ci ildə Semendriyada İshaq bəy üzərində qalib gəlmişdi. Transilvaniyada yerləşən Nadşeben yaxınlığında Osmanlı qüvvələrini məhv etmiş və Macarıstanın Valaxiyaya nəzarətini bərpa etmişdi.[7] Səlibçi ordusu 25,000 və ya daha çox qoşun və 600 döyüş vaqonundan ibarət idi.[8][8][9] Hunyadi Qasım Paşanı tapmaq və məğlub etmək üçün özü ilə 12,000 süvari götürmüşdü.[10] Vladislav və Brankovic döyüş vaqonları ilə düşərgədə qalmışdı.[10]
Laonik Xalkokondilə görə, "Hunyadi 1443-cü ildə Osmanlıları Balkanlarda geri çəkilməyə məcbur etdikdən sonra yorulmuş olan köhnə maqnatlar atalarının tarlalarına sahib olmaq üçün hər tərəfdən tələsmişdilər".[11] Onlardan biri qardaşı oğlu Həmzə Kastrioti və 300 albanla birlikdə Osmanlı ordusunu tərk edən, Kruyanı ələ keçirdikdən sonra Osmanlı imperiyasına qarşı iyirmi beş il davam edən üsyan qaldırmış Giorgi Kastrioti İskəndər bəy idi.[12][13][14][15][16][17]
II Murad on illik müqavilə imzalamış və oğlu II Mehmedin xeyrinə taxtdan əl çəkmişdir. Gələn il sülh pozulmuş və Murad Balkanlara qayıtmış, 1444-cü ilin noyabrında Varna döyüşündə qalib gəlmişdir.[18]
John Hunyadi accompanied by the cardinal-legate Giuliano Cesarini.
Comme nous le dit Chalcocondy- las après la retraite des Ottomans dans les Balkans en 1443 devant l'Hunyade, les anciens seigneurs se dépêchèrent de tous les côtés à rentrer en possession des domaines de leurs pères....(As Chalcocondyles tells us, "Weary after Hunyadi forced the Ottomans to retreat in the Balkans in 1443, the old lords hurried on all sides to regain possession of their fathers' fields".)
Posle bitke kod Pirota, Skenderbeg zajedno sa sinovcem Hamzom, sinom svog starijeg brata Staniše ...
"In the beginning of November 1443, Turakhan Beg commanded one of the Ottoman corps in the battle against John Hunyadi.
"In the beginning of November 1443, Turakhan Beg commanded one of the Ottoman corps in the battle against John Hunyadi.
... Iskender, fleeing from the camp of Kasim, the beglerbey of Rumeli...