Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Həsənzadə Nigar Tərlan qızı – Azərbaycan aktrisası.
Nigar Həsənzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Fəaliyyəti | aktrisa |
1973-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına onbirillik orta ixtisas musiqi məktəbində "Fortepiano" sinfidə alıb. İlk müəllimi Elmira Mustafayeva olub. 1991 – 1996-cı illərdə Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun sinfində ifaçılıq sənətinə yiyələnib. Xoreoqrafiya məkətəbinə konsertmeyster-pianoçu kimi dəvət alıb. 1998-ci ildə peşəsində köklü dəyişiklik etmək qərarı ilə Bakı Kamera Teatrında aktrisa kimi özünü sınayır. Uilyam Şekspirin "Otello" tamaşasındakı uğuru onu bu peşədə təsadüfi adam olmadığını təsdiqləyir. Sonralar Nigar Həsənzadə müxtəlif teatr festivallarında özünü sınayır. Bakıda keçirilən "Üfüq – XXI" teatr festivalından sonra, 2003-cu ildə Almaniyanın Kil şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalına dəvət alır və həmin festivalda diploma layiq görülür.
Bir sıra ölkələrdə (Rusiya, Ukrayna, İran, Almaniya) Beynəlxalq Teatr festivallarında iştirak edib mükafatlar alıb.
Ailəlidir – 2 övladı var.
2006-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində Yaradıcı Gənclər Təşkilatı yaradılır. Həmin təşkilat bir layihə olaraq Qurban Səidin "Əli və Nino" romanına müraciət edir. Yaranmış tamaşa layihəsində Nigar Həsənzadəyə həvalə edilən Nino obrazı böyük ustalıqla, çılğın ifa olunur. Bu tamaşa Nigar Həsənzadənin daha böyük aktyor potensialını açır.