Nihat Məmmədli (25 iyul 2002, Babı, Füzuli rayonu) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi[1]; 2024-cü il Avropa və Dünya Çempionatlarının qalibi.
Nihat Məmmədli | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Nihat Məmmədli 2022-ci ildə | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Nihat Zahid oğlu Məmmədli | |||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
|||||||||||||||||||
Doğum tarixi | 25 iyul 2002(2002-07-25) (22 yaş) | |||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||
Boyu | 166 sm. (5 ft 1 in) | |||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||
Karyera illəri | 2017— | |||||||||||||||||||
Məşqçisi | Vaqif Feyzullayev | |||||||||||||||||||
Komandası | ROİL | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
![]() |
Nihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[2] 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının[3], iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının[4] qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu.[5]
2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının[6] və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının[7] bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının[8] qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının[9] və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının[10] bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının[11] gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu.[12]
2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[13] Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt etdi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu.[14] İyulda Budapeşt şəhərində Polya İmre beynəlxalq turnirinin bürünc medalına sahib olan Nihat Məmmədli sentyabrda Belqrad şəhərində debüt Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[1]
Karyerasının ən uğurlu mövsümü 2024-cü ilə təsadüf edən Nihat Məmmədli əvvəlcə fevralda Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatının qalibi oldu. Zagreb Open və Avropa Olimpiya Təsnifat Turnirlərindən uğursuz çıxış etsə də, ilin əsas turnirində — Tirana şəhərində (Albaniya) baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu oldu.[15]
Yeniyetmələrin Dünya Çempionatı | Yunanıstan | |||
Yeniyetmələrin Avropa Çempionatı | İtaliya | |||
Avropa Gənclər Olimpiya Festivalı | Azərbaycan | |||
Yeniyetmələrin Dünya Çempionatı | Bolqarıstan | |||
Gənclərin Avropa Çempionatı | Almaniya | |||
Gənclərin Dünya Çempionatı | Rusiya | |||
U23 Avropa Çempionatı | Polşa | |||
Matteo Pellicone Turniri | İtaliya | |||
U20 Avropa Çempionatı | İtaliya | |||
U20 Dünya Çempionatı | Bolqarıstan | |||
U23 Dünya Çempionatı | İspaniya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Polya İmre Turniri | Macarıstan | |||
Dünya Çempionatı | Serbiya | |||
Zagreb Open | Xorvatiya | |||
Avropa Çempionatı | Rumıniya | |||
Avropa Olimpiya Təsnifat Turniri | Azərbaycan | |||
Dünya Çempionatı | Albaniya |