Nikaraqualılar (isp. Nicaragüense) — İspandilli xalq, Nikaraquanın 87%-ni təşkil edirlər.[1][2]
Nikaraqualılar | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili | İspan dili |
Dini | Katolisizm, Protestantlıq |
Nikaraqua əhalisinin əksəriyyətini metis və qarışıq hindilər təşkil edir.
Etnik qruplar | |
---|---|
Etnik qrup | Sayı |
Metis (69%) | 3,158,328 |
Ağlar (17%) | 1,670,557 |
Qaralar (9%) | 567,777 |
Hindilər (5%) | 283,888 |
Source: CIA World Factbook (2007) |
Dövlət dili ispan dilidir. Nikaraqualılar ispan dilinin regional variantında danışırlar. Onlar vest-hind dialektini də bilirlər.
Nikaraqualılar katolisizmə sitayiş edirlər. Vest-Hinddə isə əsasən, protestantlıq geniş yayılıb.