. Love.az

Nikolay Musxelisvili - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Musxelisvili

Musxelişvili Nikolay İvanoviç (gürc. ნიკოლოზ მუსხელიშვილი; 1891-1976) — Sovet riyaziyyatçısı və mexaniki. AMEA-nın fəxri üzvü.

Nikolay Musxelişvili
gürc. ნიკოლოზ მუსხელიშვილი
Doğum tarixi 16 fevral 1891
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası[3]
Vəfat tarixi 16 iyul 1976 (85 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Mtatsminda panteonu[d][4]
Milliyyəti gürcü Gürcüstan Gürcüstan
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d],
  • Sankt-Peterburq Dövlət Universiteti[1]
Fəaliyyəti riyaziyyatçı
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Üzvlüyü
  • ADR Elmlər Akademiyası[d] (1967–),
  • SSRİ Elmlər Akademiyası (1939–)[2],
  • Polşa Elmlər Akademiyası[d] (1960–),
  • Gürcüstan Milli Elmlər Akademiyası (1941–)
Mükafatları "Stalin" mükafatı "Stalin" mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Nikolay İvanoviç 1891-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1914-cü ildə Peterburq Universitetini bitirib, 1922-ci ildən Tbilisi Universitetinin və Politexnik İnstitutunun professoru, 1941-ci ildən Gürcüstan SSR EA Razmadze adına Riyaziyyat İnstitutunun direktoru olmuşdur.

1933-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1941-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1957-ci ildən SSRİ EA Rəyasət Heyətinin üzvü, 1941-1972-ci illərdə prezidenti, 1972-1976-cı illərdə Gürcüstan SSR EA-nın fəxri prezidenti olmuşdur. 1945-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Musxelişvilinin apardığı tədqiqatlar elastiklik nəzəriyyəsinə, inteqral tənliklərə, funksiyalar nəzəriyyəsinin sərhəd məsələlərinə və s. aiddir.

Nəzəri fizika və mexanikada, eləcə də riyaziyyatın digər bölmələrində müvəffəqiyyətlə istifadə olunan bir sıra üsullar təklif edərək Musxelişvili kompleks dəyişənli funksiyalar nəzəriyyəsini elastiklik nəzəriyyələri məsələlərinə ilk tətbiq edənlərdən olmuşdur. Alimin işlərində statistik hallar üçün müstəvidə elastiklik nəzəriyyəsinin bütün əsas problemləri həll edilmişdir. O, müstəvi məsələləri sonlu xətti cəbri tənliklər sisteminə gətirilən bir sıra oblastlar aşkar etmişdir. Musxelişvili analitik funksiyaların xətti sərhəd məsələləri və məxsusi nüvəli birqat inteqral tənliklər nəzəriyyəsinə öz bilik və bacarığını sərf etmişdir. Çoxlu sayda elmi məqalələrin, monoqrafiyaların və ali məktəb tələbələri üçün riyaziyyat üzrə dərsliklərin müəllifidir.

Musxelişvili bir çox xarici ölkə akademiyalarının, elmi idarələrin və cəmiyyətlərin üzvü olmuşdur. O, 1941, 1947-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 5 Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, M.V.Lomonosov adına Qızıl medalla (1972), 2 xarici ordenlə, eləcə də başqa orden və medallarla təltif olunmuşdur.

AMEA-nın fəxri üzvü seçilmişdir.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  2. ↑ 1 2 http://www.ras.ru/win/db/show_per.asp?P=.id-51407.ln-ru.dl-.pr-inf.uk-12.
  3. ↑ Мусхелишвили Николай Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ Find a Grave (ing.). 1996.
  5. ↑ "Musxelişvili Nikolay İvanoviç (1891-1976)" (az.). science.gov.az. 2017. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Musxelişvili&oldid=7862768"
LOVE.AZ