. Love.az

Nikolay Poppe - Wikipedia - Love.az

Ana Səhifə - Nikolay Poppe

Nikolay Poppe (rus. Никола́й (Ни́колас) Никола́евич По́ппе; 8 avqust 1897[1] və ya 27 iyul (8 avqust) 1897[2], Yantay[d][3] – 8 iyun 1991[2][1], Sietl, ABŞ[3]) — Monqol; Altay və Türk dilləri üzrə tədqiqatları ilə tanınmış Rus əsilli ABŞ-lı dilçi.

Nikolay Poppe
Doğum tarixi 8 avqust 1897(1897-08-08)[1] və ya 27 iyul (8 avqust) 1897[2]
Doğum yeri
  • Yantay[d], Şantun[3]
Vəfat tarixi 8 iyun 1991(1991-06-08)[2][1] (93 yaşında)
Vəfat yeri
  • Sietl, ABŞ[3]
Elm sahələri dilçilik, etnoqrafiya
İş yerləri
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutu[d],
  • REA Şərqşünaslıq İnstitutu,
  • Vaşinqton Universiteti
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Sankt-Peterburq Universitetində Şərq dilləri fakültəsində oxumuşdu (1916–21). SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun Mongolistika şöbəsinin müdiri olmuşdu. Akademik olaraq Monqolustan, Şərqi Sibir, Özbəkistan, Azərbaycan və Şimali Qafqaz və başqa bölgələrə araşdırma səfərlərində olmuşdu (1926–40). 1933-cü ildə, daha 36 yaşındaykən ən genc üzv olaraq SSRİ EA-na qatıldı. II Dünya Savaşı sırasında olduğu Qafqazı işgal edən almanlar üçün tərcüməçilik etdi. Almanlar geri çəkilirkən ailəsini yanına alaraq onlara qatıldı. 1943–1945-ci illər arasında Berlin Universitetində Tatarca və Monqolca dərslər verdi. 1949-cu ildə ABŞ-yə köçdü. Daha sonra Vaşinqton Universitetinə keçdi (1949–1968) və buradan da təqaüdə çıxdı.

Əsərləri

redaktə
  • Uçebnaya Grammatika Yakutskovo Yazıka (1926; Yakutça'nın Dilbilgisi)
  • Praktiçeski Uçebnik Mongolskovo Rozgovornovo Yazıka (1931; Moğol Konuşma Dilinin Pratik Ders Kitabı)
  • Proizvedeniya Narodnoy Slovesnosti Halha-Mongolov (1932; Halha Moğolcasının Halk Edebiyatı Örnekleri)
  • Buryat Mongolskoye Yazikoznaniye (1933; Buryat-Moğol Dili)
  • Khalkha-Mongolische Grammatik (1951; Halha Moğolcasının Dilbilgisi)
  • Grammer of Written der Mongolian (1954; Moğol Yazı Dilinin Dilbilgisi)
  • Vergleichende Grammatik der Altaischen Sprachen (1960; Altay Dillerinin Karşılaştırmalı Dilbilgisi)
  • Tatar Manual (1963; Tatarca Elkitabı)
  • Bashkir Manual (1964; Başkırtça Elkitabı)
  • Introduction to Altaic Linguistics (1965; Altay Dilbilimine Giriş)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 https://archive.org/details/concisebiographi0003behn/page/146/mode/2up.
  2. ↑ 1 2 3 4 Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
  3. ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118641735 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

redaktə
  • Nicholas Poppe — Altmışıncı Doğum Yılı Dolayısıyle Hayatı ve Eserleri Üzerine Bir Deneme
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nikolay_Poppe&oldid=7213751"
LOVE.AZ