. Love.az

Nina Qrebeskova - Wikipedia - Love.az

Ana Səhifə - Nina Qrebeskova

Nina Pavlovna Qrebeşkova (rus. Нина Павловна Гребешкова; 29 noyabr 1930[1], Moskva – 10 may 2025[2], Moskva) — Rusiya aktrisası, Rusiyanın əməkdar artisti (2001)[3].

Nina Qrebeşkova
rus. Нина Павловна Гребешкова
Doğum adı Нина Павловна Гребешкова
Doğum tarixi 29 noyabr 1930(1930-11-29)[1]
Doğum yeri
  • Moskva, Moskva vilayəti, RSFSR, SSRİ
Vəfat tarixi 10 may 2025(2025-05-10)[2] (94 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Həyat yoldaşı Leonid Qayday
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1950–2020
Təhsili
  • Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu (–1954)
Mükafatları Rusiya Federasiyasının əməkdar artisti — 2001
IMDb ID0337380
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Nina Pavlovna Qrebeşkova 29 noyabr 1930-cu ildə Moskvada anadan olmuşdur. 1954-cü ildə, 24 yaşı olarkən, o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. Nina öz sənətinə qız, məktəbli, pioner kimi rollarla başlamışdır. Daha sonralar isə gənc ana və müəllim obrazlarını ifa etmişdir. Onun böyük sənət yolu isə İvan Pıryevin "Düzlüyün sınağı" filminə çəkildikdən sonra başlayır.

N. Qrebeşkova Leonid Qaydayın əksər əsas filmlərində ikinci plan rollarını ifa etmişdir.

10 may 2025-ci ildə vəfat etmişdir.[4][5]

  • Kinorejissor Leonid Qaydayın həyat yoldaşı olmuşdur.

Filmoqrafiya

redaktə
İl Azərbaycanca adı Orijinal adı Rol
1950 Cəsur insanlar Смелые люди Nadyanın rəfiqəsi
1951 İdman şərəfi Спортивная честь Tonyanın rəfiqəsi
1953 Hipnoz seansı Сеанс гипноза
1954 Düzlüyün sınağı Испытание верности Varya Lutonina
1959 Qız atasını axtarır Девочка ищет отца Aneçka
1959 Mumu Муму Tatyana
1960 Normandiya-Neman fr. Normandie-Niémen
1960 Üç dəfə dirilmiş Трижды воскресший Zoya Nikolayevna
1963 Kor quş Слепая птица bələdçi
1964 İtirilmiş vaxt haqqında nağıl Сказка о потерянном времени müəllim Nina Sergeyevna
1964 Tolya Klükvinin macərası Приключения Толи Клюквина Slavanın anası
1965 Qara biznes Чёрный бизнес kamvol kombinatının işçisi
1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Кавказская пленница, или Новые приключения Шурика həkim
1968 Brilyant əl Бриллиантовая рука Nadejda İvanovna
1968 Bazar ertəsinədək yaşayıb görərik Доживём до понедельника Alloçka
1971 12 stul 12 стульев Musik
1975 Ola bilməz! Не может быть! Anna
1976 Cərrah Mişkinin günləri Дни хирурга Мишкина Nataliya Maksimovna
1977 Harmoniya Гармония Larisa Baranova
1980 Kibrit ardınca За спичками Hüvyarinenin arvadı
1982 İdman lotosu-82 Спортлото-82 Klavdiya Antonovna
1985 Həyat üçün təhlükəlidir! Опасно для жизни! Zinaida Petrovna Stepanova
1988 Fransız Француз müəllim
1989 Xüsusi xəfiyyə və ya "Kooperasiya" əməliyyatı Частный детектив, или Операция "Кооперация" Anna Petrovna
1993 Nastya Настя Teterinin katibəsi
1999 Pərəstişkar Поклонник yalançı nənə
2001 Nina Нина Ninanın anası
2001 Xəfiyyələr Сыщики Lidiya Viktorovna
2002 Dəmiryol romansı Железнодорожный романс Veranın nənəsi
2009 Ehtiras fonoqramı Фонограмма страсти Adamın qonşusu
2013 17 saylı əfsanə Легенда № 17 İranın qonşusu
2016 Ekipaj Экипаж biznes-klass sərnişini

İstinadlar

redaktə
  1. ↑ 1 2 Nina Grebeškova // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. ↑ 1 2 Ушла из жизни заслуженная артистка Российской Федерации, член Союза кинематографистов России Нина Гребешкова (29.11.1930-10.05.2025) — Союз кинематографистов Российской Федерации.
  3. ↑ Почётное звание присвоено указом президента России № 1338 от 21 ноября 2001 года[ölü keçid]
  4. ↑ "Məşhur sovet filmlərinin ulduzu Nina Qrebeşkova vəfat etdi". Oxu.az (az.). İstifadə tarixi: 2025-05-12.
  5. ↑ "Ушла из жизни заслуженная артистка Российской Федерации, член Союза кинематографистов России Нина Гребешкова (29.11.1930-10.05.2025)".

.

Xarici keçidlər

redaktə
  • Nina Qrebeşkova — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nina_Qrebeşkova&oldid=8132235"
LOVE.AZ