Nindza tısbağalar (ing. Teenage Mutant Ninja Turtles, qısaldılmış variant: TMNT) — senseyləri mutant-siçovul olan Usta Splinter tərəfindən nindza sənətini öyrənmiş uydurma dörd mutant tısbağadan ibarət komanda. Cəmiyyətdən Manhettenin kanalizasiyalarında gizlənərək, onlar şəhər küçələrindəki şər qüvvələrə qarşı mübarizə aparırlar. Onları iki rəssam – Kevin İstmen və Piter Lerd yaradıb. 2009-cu ildə tısbağalar təntənə ilə öz 25 illiyini qeyd etdilər. 2009-cu ilin payızında "Nindza tısbağalar"ın yayım hüququ Nikelodeon telekanalı tərəfindən alınmışdır.