Omoluabi — Yoruba fəlsəfi və mədəni təlimidir. Eyni zamanda yaxşı xasiyyətli insanlar üçün deyilən sözdür.
Omoluabi termini cəsarət, çalışqanlıq, hörmət, təvəzökarlıqla eyni mənaya gəlir.[1]Bir Omoluabi yaxşı işləyən, digərlərinə hörmət edən və şərəfli insandır. Əksər mədəniyyət və dinlərdə bu xüsusiyyətlər yaxşı qəbul edildiyindən Omoluabi universaldır demək düzgün olacaq.[2]Müsəlman və Xristianlarda Omoluabi ola bilər.
Omoluabi bir Yoruba sözüdür. Bir neçə sözün birləşməsindən əmələ gəlib. Sözlərə ayrılışı " Omo + ti + Olu-iwa + bi " bu şəkildədir. Sözbəsöz tərcümə edəndə "omo"- uşaq,"ti"-o vəya hansı mənasına gəlir,"Olu-iwa"-İwanın(Yaxşı Xasiyyət) üstadı vəya şefi mənasına gəlir,"bi" doğulmuş mənası verir. Birləştiriləndə İwa tərəfindən yeyilən uşaq mənasına gəlir. Əsl mənası yaxşı xasiyyətlərə malik olan insan kimi tərcümə olunur. Omoluabi olmaq üçün aşağıdakı əsas şərtlər lazımdır.[3]
Bu şərtlər əməl edənlər Omoluabi sayılır.[4]