. Love.az

On Yeddinci Sulale Misir - Wikipedia - Love.az

Ana Səhifə - On Yeddinci Sulale Misir

XVII sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. 1580–1550[1]).

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülalə • II sülalə
Qədim padşahlıq
III sülalə • IV sülalə
V sülalə • VI sülalə
Birinci aralıq dövr
VII sülalə • VIII sülalə
IX sülalə • X sülalə
XI sülalə
Orta padşahlıq
XI sülalə • XII sülalə
İkinci aralıq dövr
XIII sülalə • XIV sülalə
XV sülalə • XVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülalə • XX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülalə • XXIII sülalə
XXIV sülalə • XXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülalə • XXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər
  • bax
  • müzakirə
  • redaktə

Ümumi məlumat

redaktə

İkinci aralıq dövr xaosla xarakterikdir. Sosial-iqtisadi tənəzzül vahid, mərkəzləşdirilmiş dövlətin qurulmasına imkan vermirdi. Aşağı Misirə hiksoslar hakimlik edirdi. Nil deltası və axarı boyu yarı-müstəqil nomlar onlardan aslı vəziyyətdə idi. XVII sülalənin fironları Tebesdə hökmdarlıq edirdilər.

2012-ci ilin mart ayında Karnakdakı Amun-Re məntəqəsində aşkar edilən bir əhəngdaşı qapısını araşdıran Fransız arxeoloqlar XVII sülalədən olan Ahmos Senaxtenre adına rast gəlirlər. Bu tapıntı Ahmosa aid ilk abidədir[2].

Bu xanədanlığın son hökmdarları II Sekenenra Taa və Kamos hiksoslara qarşı müharibəyə başladılar. Savaş Ahmosun dövründə başa çatdı. Yadelli hiksoslar Nil deltasından qovuldular. XVII sülalənin sələfi XVIII sülalənin hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı. Misirdə yeni padşahlıq dövrünün əsası qoyuldu.

Fironlar

redaktə

Y. fon Bekeratuya görə XVII sülalə e.ə. 1645–1550-ci illərdə hakimiyyətdə olmuşlar. Misirşünaslar bu nəslə aid 9 və ya 10 fironun olduğunu qeyd edirlər. Xanədan təxminən 30 il hökmdarlıq etmişdir.

Ad Şəkil Taxt adı Qeyd
Rahotep
 
Sexemre-vahxav
I Sobekemsaf
 
Sexemre-vadcxav
7 il hakimiyyətdə olmuşdur.
II Sobekemsaf
 
Sexemre-şedtavi
V İntef
 
Sexemre-vepmaat
VI İntef
 
Nubxeperre
VII Intef
 
Sexemre-heruhermaat
Ahmos
 
Senaxtenre
Taa
 
Seqenenre
Hiksoslarla döyüşdə ölmüşdür.
Kamos
 
Vadcxeperre

İstinadlar

redaktə
  1. ↑ Shaw, Ian, redaktorThe Oxford History of Ancient Egypt. Oxford University Press. 2000. səh. 481. ISBN 0-19-815034-2.
  2. ↑ "A Pharaoh of the Seventeenth dynasty identified at Karnak". CFEETK – Centre Franco-Égyptien d'Étude des Temples de Karnak. 2012-03-11 tarixində orijinalından arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=On_yeddincı_sülalə_(Misir)&oldid=7973301"
LOVE.AZ