. Love.az

Orazio Farneze Kastro Hersoqu - Wikipedia - Love.az

Ana Səhifə - Orazio Farneze Kastro Hersoqu

Orazio Farneze (it. Orazio Farnese; fevral 1532[1], Valentano[d], Latsio – 19 iyul 1553[1]) — III Kastro hersoqu.

Orazio Farneze
II Kastro hersoqu
10 sentyabr 1547 – 18 iyul 1553
ƏvvəlkiOttavio Farneze
SonrakıOttavio Farneze
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1532[1]
Doğum yeri
  • Valentano[d], Viterbo əyaləti[d], Latsio, İtaliya krallığı
Vəfat tarixi 19 iyul 1553[1] (21 yaşında)
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti siyasətçi
Atası Piyer Luici Farneze
Ailəsi House of Farnese
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1532-ci ildə Toskanadakı ailə mülklərində dünyaya gəldi. Atası Papa III Pavelin oğlu Piyer Luici, anası isə məşhur Orsini ailəsindən Girolama Orsinidir. Dövrün siyasi şəraiti səbəbilə 11 yaşında Fransa kralı I Fransiskin sarayına girov göndərildi. 1547-ci ilin iyununda yeni taxta çıxan Fransa kralı II Henrinin nigahdan kənar doğulan qızı Diana ilə nişanlandı. Həmin il atasının sui-qəsdlə öldürülməsinin ardından böyük qardaşı Ottavio Farneze Parma hersoqu, Orazio isə Kastro hersoqu ünvanına sahibləndi. Cütlüyün toy mərasimi isə 13 fevral 1553-cü ildə Parisdə baş tutdu. Ancaq cütlüyün evliliyi çox uzun çəkmədi və övladları olmadı.

Belə ki, cəmi 5 ay sonra Müqəddəs Roma imperatoru V Karlın tərəfdaşı Savoyya hersoqu Emmanuil Filibert tərəfindən aparılan Hesdin mühasirəsində arkebuza atəşiylə həlak oldu. Rəsmi bir varisi olmadığı üçün Kastro hersoqu ünvanı yenidən qardaşı Ottavio Farnezeyə keçdi.

Mənbə

redaktə

Mənbə

redaktə
  • Edoardo del Vecchio, ''I Farnese'', Istituto di Studi Romani Editore, 1972.
  • Emilio Nasalli Rocca, ''I Farnese'', Milano, Dall'Oglio, 1969.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Rosselli D., autori vari FARNESE, Orazio // Dizionario Biografico degli Italiani (it.). 1995. Vol. 45.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orazio_Farneze_(Kastro_hersoqu)&oldid=8127321"
LOVE.AZ