. Love.az

Orxan Huseynzade - Wikipedia - Love.az

Ana Səhifə - Orxan Huseynzade
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Hüseynzadə.

Orxan Hüseynzadə (tam adı: Orxan Rüfət oğlu Hüseynzadə; 1983, Bakı) — Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı

Orxan Hüseynzadə
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
1 noyabr 2024-cü ildən
ƏvvəlkiTofiq İbrahimov
Şəxsi məlumatlar
Doğum tarixi 1983
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 20202020

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

2018-ci ildən 2024-cü ilə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işləyib[1].

Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2024-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur[2].

Mükafatları

redaktə

23 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub[3][4].

İstinadlar

redaktə
  1. ↑ "Prezidentin icra başçısı təyin etdiyi Orxan Hüseynzadə kimdir?".
  2. ↑ "O.R.Hüseynzadənin Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı".
  3. ↑ "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı".
  4. ↑ "Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-03.

Xarici keçidlər

redaktə
  • Hüseynzadə Orxan Rüfət oğlu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orxan_Hüseynzadə&oldid=7837432"
LOVE.AZ