. Love.az

Orxan Qasimov - Wikipedia - Love.az

Ana Səhifə - Orxan Qasimov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

Orxan Əziz oğlu Qasımov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru.[1]

Orxan Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 1977
Doğum yeri Bakı şəhəri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Respublikası
Təhsili Ali
İxtisası Hüquqşünas
Rütbəsi
Ədliyyə general-mayoru

Həyatı

redaktə

Orxan Əziz oğlu Qasımov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2000-ci ildə magistr pilləsi üzrə bitirmişdir.

1999-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, 2000-ci ildən 2005-ci ilədək Ədliyyə Nazirliyi Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2005-2013-cü illərdə Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ və Xətai rayon icra şöbələrinin rəisi olmuşdur.

2013-cü ildən 2018-ci ilədək Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində işləmişdir.

10.09.2018-ci il tarixdə Ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 21.11.2008-ci il tarixdə 63 nömrəli Sərəncamı[2] “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2019-cu il tarxili 1593 nömrəli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir.[3]

Rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 3 övladı var.

İstinadlar

redaktə
  1. ↑ penitensiar.justice.gov.az https://penitensiar.justice.gov.az/staff-member/4 (#bare_url_missing_title). İstifadə tarixi: 2025-05-20.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-20.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Orxan_Qasımov&oldid=8171082"
LOVE.AZ