. Love.az

Osmanli Iran Muharibesi 1821 1823 - Wikipedia - Love.az

Ana Səhifə - Osmanli Iran Muharibesi 1821 1823

Osmanlı-Qacar müharibəsi (1821–1823) — Osmanlı dövləti ilə İranda hakimiyyətdə olan Qacarlar arasında baş vermiş müharibədir.[4]

Osmanlı-Qacar müharibəsi (1821-1823)
Qacar süvarisi
Qacar süvarisi
Tarix 1821-1823
Yeri Şərqi Anadolu və İraq
Səbəbi Sərhəd münaqişələri
Nəticəsi Qacar qələbəsi[1][2][3]
Münaqişə tərəfləri

Qacarlar dövləti

Osmanlı dövləti

Komandan(lar)

Fətəli şah Qacar
Abbas Mirzə
Məhəmmədəli mirzə Dövlətşah

II Mahmud

Mündəricat

  • 1 Səbəb
  • 2 Müharibə
  • 3 Nəticə
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Səbəb

redaktə

Müharibəyə yol açacaq əsas səbəblərdən biri Qacarlara qarşı üsyan etmiş Cənubi Azərbaycandan olan tayfa başçılarının Osmanlı imperiyasında sığınacaq tapması idi.[5]

Həmçinin Birinci Rusiya-İran müharibəsində məğlub olaraq, böyük torpaqlar itirən Qacarlar bu itirilmiş torpaqları Osmanlıdan alacaqları ərazilər hesabına doldurmaq istəyirdilər.

Müharibə

redaktə

Qacarlar tərəfindən sərhəd pozuntularınnı və hücumların sayının artmasından sonra Osmanlı sultanı II Mahmud Qacarlara müharibə elan etdi (1820). Qacar qoşunu Bağdad və Şəhrizor bölgələrinə hücum etdilər. Ümumiyyətlə müharibə İraq və Anadolu bölgəsində getmişdir.

Osmanlıdan narazı olan Şərqi Anadoluda yaşayan tayfaların da Qacarların lehinə üsyan qaldırmasından sonra Qacar ordusu Şərqi Bəyazit və Bitlisi tutdu. Vəliəhd şahzadə Abbas Mirzənin başçılıq etdiyi Qacar ordusu iki istiqamətdə Ərzurum və Diyarbəkirə yönəldi, lakin yolda Qacar ordusunda vəba xəstəliyi yayıldı.[5] Ordunun ağır itkilər verməsindən sonra Fətəli şah Qacar sülh istədi.

Nəticə

redaktə

Qacarların sülh istəməsindən sonra ağır vəziyyətdə olan Osmanlı sülh təklifini dərhal qəbul etdi. İmzalanan Ərzurum sülh müqaviləsinə görə Qacarlar tutduqları torpaqları Osmanlı dövlətinə geri verərək geri çəkildilər. Həmçinin də Qacarlar dövləti ərazisindən gələn ziyarətçilrə İslam dininin müqəddəs ziyarətgahlarına girişinə Osmanlı dövləti tərəfindən qarantiya verildi.[5]

Həmçinin bax

redaktə
  • Ərzurum müqaviləsi

İstinadlar

redaktə
  1. ↑ Williamson, 2008. səh. 88-97
  2. ↑ Farmanfarmaian, Roxane, redaktorWar and peace in Qajar Persia implications past and present. 30 January 2008. ISBN 978-1-134-10307-2. OCLC 1294638373.
  3. ↑ Ateş, Sabri. The Ottoman-Iranian borderlands : making a boundary, 1843-1914. 30 July 2015. ISBN 978-1-107-54577-9. OCLC 980068476.
  4. ↑ Sicker, 2001. səh. 118
  5. ↑ 1 2 3 Tucker, 2010. səh. 1140
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Osmanlı–İran_müharibəsi_(1821–1823)&oldid=8049320"
LOVE.AZ