Ovçubərə (əvvəlki adı: Kulibinka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ovçubərə kənd inzibati ərazi dairəsində kənd.[3][4] 3 iyul 1998-ci il tarixli 518-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun Ağalıkənd kənd inzibati ərazi vahidi tərkibindəki Kulibinka kəndi Ovçubərə kəndi adlandırılmışdır.[5]
Ovçubərə | |
---|---|
39°21′56″ şm. e. 48°37′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1324[2] |
Xəritəni göstər/gizlə
|
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 1503 | 734 | 769 |
2009[7] | ↗1723 | ↗850 | ↗873 |
Kənddə Ovçubərə kənd kitabxana filialı,[8] Ovçubərə kənd klubu[9] və Ovçubərə Poçt Şöbəsi (AZ1324)[10] fəaliyyət göstərir.
Kənddə Ovçubərə kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Ovçubərə kənd həkim məntəqəsi yerləşir.[13]