Overlord (オーバーロード, Ōbārōdo?, azərb. Hökmdarlar hökmdarı) — so-bin-in rəssamlığı ilə Kuqane Maruyama tərəfindən yazılan ranobe seriyası. Enterbrain tərəfindən çap olunana qədər onlayn şəkildə yayımlanmışdır. 30 iyul 2012-ci ildən bu yana 16 cildi çapdan çıxmışdır. Huqin Miyamanın rəssamlığı ilə Satoşi Oşio, tərəfindən yazılan manqa adaptasiyası 26 noyabr 2014-cü ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. Həm ranobe, həm də manqa Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[3] Madhouse tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 7 iyuldan 29 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. 30 sentyabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2017-ci ildə iki hissəli yığma anime filmi adaptasiyası istehsal olunmuşdur. 2018-ci ilin yanvarında anime serialının ikinci mövsümü yayımlanacaq.
Overlord | |
![]() Birinci cildin üzlüyü. | |
オーバーロード (Ōbārōdo) azərb. Hökmdarlar hökmdarı | |
---|---|
Janr | döyüş, fentezi |
Manqa | |
Manqaka | Kuqane Maruyama |
Rəssam | so-bin |
Nəşriyyat | Enterbrain |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 30 iyul 2012 – hazırda |
Cildlər | 16 |
Manqa | |
Yazıçı | Satoşi Oşio |
Rəssam | Huqin Miyama |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 26 noyabr 2014 – hazırda |
Cildlər | 21 |
Anime | |
Rejissor | Naoyuki İto |
Prodüsser | Şo Tanaka Kazufumi Kikuşima Satoşi Fukao Noritomo İsoqay Yuki Yoşida |
Ssenarist | Yukie Suqavara |
Bəstəkar | Şuuci Katayama (Team-MAX) |
Studiya | Madhouse |
Digər lisenziyalar | Madman Entertainment Funimation Anime Limited |
Kanal | AT-X, Tokyo MX, SUN, KBS, TVA, BS11, MBS |
Buraxılış tarixi | 7 iyul 2015 – hazırda |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime | |
Overlord: Ple Ple Pleiades | |
Vaxt | 30 dəq. |
Anime | |
Overlord: The Undead King Overlord: The Dark Warrior | |
Rejissor | Naoyuki İto |
Ssenarist | Yukie Suqavara |
Bəstəkar | Şuuci Katayama (Team-MAX) |
Studiya | Madhouse |
Vaxt | 117 dəq.(I hissə)[1] 108 dəq.(Part 2)[2] |
![]() |
2126-cı ildə virtual reallıq oyunları böyük populyarlıq əldə edir. Belə məşhur oyunlardan biri də "Yggdrasil" olur. Baş qəhrəman Momonqa "Yggdrasil" oyununda ən güclü gildiyanın — Böyük Nazarik Məzarlığı gildiyasının lideridir. 42 üzvü olan bu gildiya oyunda mümkünsüz hesab edilən uğurlar qazanmış, oyunun ən güclü gildiyası olmuşdur. Zaman ötdükcə "Yggdrasil" populyarlığını itirir və 2138-ci ildə oyunun idarəçiləri oyunu bağlamağa qərar verirlər. Momonqa çox sevdiyi bu oyunun bağlanmasına görə oyunu tərk edəcək son oyunçu olmaq istəyir və oyunun bağlanacağı saata qədər oyunda qalmağa qərar verir. Ən son gildiya üzvünün də oyunu tərk etməsi ilə Momonqa təkbaşına qalır və oyunun bağlanmasını gözləməyə başlayır.
Oyun serverlərinin bağlanarkən oyundan çıxması lazım olan Momonqa bir surprizlə qarşılaşır. Oyundan çıxmaq əvəzinə oyunda ilişib qalır. Bundan əlavə NPC-lərin öz iradələrinə sahib olduğunun, ətrafındakı dünyanın dəyişdiyinin fərqinə varır və bu dünyanı Yeni dünya adlandırır. Beləliklə, bu dünya artıq Momonqanın reallığına çevrilir. Xidmətçilərinin köməyinə də arxalanan Momonqa bu yeni dünyanı fəth etmək qərarına gəlir.
Yeni dünyada 3 əsas dövlət var: Re-Estize krallığı, Baharut imperiyası və Sleyn teokratiyası. Re-Estize krallığı Azerlisiya dağlarının qərbində yerləşir, paytaxtı Re-Estize şəhəridir. Baharut ilə sərhədə yaxın yerləşən E-Rantel şəhəri də bu dövlətin tərkibindədir. Baharut imperiyası Azerlisiya dağlarının şərqində yerləşir və paytaxtı Arvintar şəhəridir. Sleyn teokratiyası isə bu iki dövlətin cənubunda yerləşir. Bu üç dövlətdən əlavə Azerlisiya dağlarının şərqində Cırtdanlar krallığı, Re-Estize krallığının cənub-şərqində Müqəddəs Robl krallığı, Baharut krallığının cənubunda Əjdaha krallığı yerləşir. Yerləri dəqiq bilinməyən dövlətlər Böyük Minotavr dövləti, Bədheybətlər ölkəsi, Troll krallığı və Elf ölkəsidir.
Bundan əlavə Yeni dünyada bir neçə coğrafi yer daha ön plana çıxır: Re-Estize krallığı ilə Baharut imperiyası arasında Azerlisiya dağları, Azerlisiya dağlarının cənub qurtaracağında diametri 20 km olan Böyük göl, Böyük gölün cənubunda Kəntənkələ adamlar kəndi, Azerlisiya dağlarının və Böyük gölün cənubunda Tob meşələri, Tob meşələrinin cənubunda Katze düzənlikləri, Sleyn teokratiyası ilə Müqəddəs Robl krallığı arasında Aberion təpələri yerləşir.
Yeni dünyada istifadə olunan əsas pullar mis, gümüş, qızıl və platin pullardır.
Bir mis | Bir gümüş | Bir qızıl | Bir platin |
---|---|---|---|
1 mis | 10 mis | 100 mis | 1000 mis |
0,1 gümüş | 1 gümüş | 10 gümüş | 100 gümüş |
0,01 qızıl | 0,1 qızıl | 1 qızıl | 10 qızıl |
0,001 platin | 0,01 platin | 0,1 platin | 1 platin |
Yeni dünyadan fərqli olaraq "Yggradsil" oyunçuları pul vahidi kimi ancaq qızıl istifadə edirlər.
Qaranlığın qılıncları (漆黒の剣, Shikkoku No Ken?)
Huqin Miyamanın rəssamlığı ilə Satoşi Oşio tərəfindən yazılan manqa adaptasiyası 26 noyabr 2014-cü ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur.[4] Kadokawa Shoten indiyə qədər manqanın 18 cildini buraxmışdır.[5] İlk cildi 16 iyun 2015-ci ildə buraxılmışdır.[6] Yen Press manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 28 iyun 2016-cı ildə buraxmışdır.[7]
Madhouse studiyası tərəfindən istehsal olunmuş 13 seriyalıq anime serialı 7 iyuldan 29 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır.[45] Animenin açılış mahnısı OxT tərəfindən ifa olunmuş "Clattanoia", bağlanış mahnısı isə Myth & Roid tərəfindən ifa olunan "L.L.L." mahnısı olmuşdur. Anime serialı ranobenin 1-3-cü cildlərinin adaptasiyasıdır.
Studio Puyukai tərəfindən "Overlord: Ple Ple Pleiades" (オーバーロード ぷれぷれぷれあです?) adlı xüsusi mini-anime serialı istehsal olunmuş və Media Factory tərəfindən yayımlanmışdır.[46]
Ranobe seriyasının 11-ci cildinin məhdud nəşrinə OVA seriyasının daxil edilmiş və 30 sentyabr 2016-cı ildə buraxılmışdır.[47]
11-ci cild vasitəsilə yığma anime filmi adaptasiyası anons edilmişdir.[48] "Overlord: The Undead King" (オーバーロード 不死者の王, Ōbārōdo: Fushisha no Ō?) adlı ilk film 25 fevral 2017-ci ildə, "Overlord: The Dark Warrior" (オーバーロード 漆黒の戦士, Ōbārōdo: Shikkoku no Senshi?) adlı ikinci film isə 11 mart 2017-ci ildə buraxılmışdır. Hər iki filmin açılış mahnısı Myth & Roid tərəfindən ifa olunmuşdur.[49]
Anime serialının ikinci mövsümü 9 yanvar 2018-ci ildə yayımlanmağa başlanacaq. İkinci mövsümün açılış mahnısı OxT tərəfindən ifa olunan "Go Cry Go" mahnısı, bağlanış mahnısı isə Myth & Roid tərəfindən ifa olunan "Hydra" mahnısıdır.[50]
№ | Başlıq | Yayım tarixi | İst. |
---|---|---|---|
1 | "Son və başlanğıc" "Owari to Hajimari" (終わりと始まり) | 7 iyul 2015 | [51] |
2 | "Mərtəbə mühafizəçiləri" "Kaisō Gādian" (階層守護者) | 14 iyul 2015 | [52] |
3 | "Karne kəndi döyüşü" "Karune-mura no tatakai" (カルネ村の戦い) | 21 iyul 2015 | [53] |
4 | "Ölüm hökmdarı" "Shi no shihai-sha" (死の支配者) | 28 iyul 2015 | [54] |
5 | "İki macəraçı" "Futari no bōken-sha" (二人の冒険者) | 4 avqust 2015 | [55] |
6 | "Səyahət" "Tabiji" (旅路) | 11 avqust 2015 | [56] |
7 | "Meşənin müdrik kralı" "Mori no ken-ō" (森の賢王) | 18 avqust 2015 | [57] |
8 | "Əkiz şiddətli ölüm qılıncları" "Shi o kirisaku sōken" (死を切り裂く双剣) | 25 avqust 2015 | [58] |
9 | "Qara döyüşçü" "Shikkoku no senshi" (漆黒の戦士) | 1 sentyabr 2015 | [59] |
10 | "Sədaqətli vampir" "Shinso" (真祖) | 8 sentyabr 2015 | [60] |
11 | "Etiraf və başa düşmə" "Konran to haaku" (混乱と把握) | 15 sentyabr 2015 | [61] |
12 | "Qanlı valkiriya" "Senketsu no ikusaotome" (鮮血の戦乙女) | 22 sentyabr 2015 | [62] |
13 | "Oyunçu NPC-yə qarşı" (PVN) | 29 sentyabr 2015 | [63] |
OVA | "Ple Ple Pleiades" (ぷれぷれぷれあです) | 30 sentyabr 2016 |
2015-ci ilin iyununda — anime və manqa yayımlanmazdan qabaq ranobe seriyasının 8 cildinin 600 min nüsxəsi dövriyyədə idi. 2015-ci ilin avqustuna qədər ranobe və manqa seriyalarının ümumi nüsxələrinin sayı 1 milyon olmuşdur. 4 avqustda ranobenin yenidən çap olunacaq 600 min nüsxəsi anons edilmişdir. 20 avqust 2015-ci ildə ranobenin cild sayı 9-a, manqanın cild sayı 2-yə çatmışdır və ümumi nüsxələrinin sayı 1,5 milyonu ötmüşdür.[64] 18 sentyabr 2015-ci ildə bu rəqəm 2 milyona çatmışdır.[65] "Overlord" 2015-ci ilin ən yaxşı satan ranobelərindən biri olmuşdur.[66]