. Love.az

Oygen Mayer - Wikipedia - Love.az

Ana Səhifə - Oygen Mayer

Oygen "Geni" Mayer (alm. Eugen Meier‎; 30 aprel 1930[1] – 26 mart 2002, Bern)― hücumçu mövqeyində oynamış İsveçrə futbolçusu. Ən yüksək İsveçrə liqasında vurduğu 249 qolla o, bütün zamanların ən yaxşı İsveçrə hücumçularından biri sayılır. 14 mövsüm şərəfini qoruduğu "Yanq-Boyz" klubunun tarixində ən çox qol vuran oyuçudur. 1953-1965-ci illərdə çıxış etdiyi İsveçrə milli futbol komandasında 42 oyun keçirmişdir.

Oygen Mayer
Ümumi məlumatlar
Doğum tarixi 30 aprel 1930(1930-04-30)[1]
Vəfat tarixi 26 mart 2002(2002-03-26) (71 yaşında)
Vəfat yeri
  • Bern
Vətəndaşlığı
  •  İsveçrə
Mövqeyi yarımmüdafiəçi
Karyerası
1953–1962 İsveçrə milli futbol komandası 42 (3)
1951–1965 Yanq-Boyz FK 320 (249)

Mündəricat

  • 1 Karyerası
    • 1.1 Gənclik karyerası
    • 1.2 "Yanq-Boyz", 1951-65
    • 1.3 Milli komanda
  • 2 Nailiyyətləri
  • 3 İstinadlar
  • 4 Mənbə

Karyerası

redaktə

Gənclik karyerası

redaktə

1942-ci ildə Oygen Mayer futbolçu karyerasına doğma klubu "Şaffhausen"in gənclər komandasında başladı. Sarı-qaralarla gənc hücumçu 1951-ci ilə qədər oynadı. 1946/47 və 1950/51 mövsümündə 2-ci divizionda oynamaqla təcrübə topladı.

"Yanq-Boyz", 1951-65

redaktə

1951-ci ildə 21 yaşında olarkən o, "Yanq Boyz"a qoşulmaq üçün federal şəhərə köçdü. Berndəki ikinci mövsümündə "Geni" Mayer ölkə kubokunu qazandı, 1953-də isə həmin turnirin finalına qədər gəldi. Elə bu ərəfələrdə o, öz oyunu ilə tanınmağa başlandı. 32 qolla İsveçrə Miili Liqa A-nın bombardiri adını qazandı. "Yanq-Boyz" ilə 14 il keçirdikdən sonra karyerasını başa vurdu və klubun tarixində ən çox qol vuran oyunçusu oldu.

Milli komanda

redaktə

İsveçrə milli futbol komandasında ilk oyununa 25 may 1953-cü ildə çıxdı. Elə vətənində keçirilən 1954 FİFA Dünya Kubokunda o, İngiltərə millisinə qarşı oynamışdır. Millidə keçirdiyi 42 oyundan sonra o, 7 iyun 1962-ci ildə 3-0 məğlubiyyət hesablı İtaliya komandasına qarşı oyundan sonra millidə karyerasını bitirdi.

Nailiyyətləri

redaktə
  • dörd dəfə İsveçrə çempionu (1957–1960)
  • iki İsveçrə kuboku qalibi (1953 və 1958)
  • Milli Liqa A-da iki dəfə ən çox qol vuran (1953 və 1959)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Eugen Meier † // Transfermarkt (çd.). 2000.

Mənbə

redaktə
  • 211 weltbesten Erst-Liga-Torschützen des Jahrhunderts, IFFHS, 1998
  • Das große europäische Fußballbuch, Band 2, Länderspiele und Pokalendspiele, Sportverlag Uwe Nuttelmann, Jade, 1999, ISBN 3-930814-02-1
  • Hardy Grüne: Fußball WM Enzyklopädie. 1930–2006. AGON Sportverlag, Kassel 2002, ISBN 3-89784-205-X.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Oygen_Mayer&oldid=7703346"
LOVE.AZ