Pərvin Məmmədova (tam adı: Məmmədova Pərvin Şamxal qızı; 9 aprel 1943, Bakı) — kimya elmləri doktoru, professor.[mənbə göstərilməlidir]
Pərvin Məmmədova | |
---|---|
Pərvin Şamxal qızı Məmmədova | |
Doğum tarixi | (82 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmlər doktoru |
İş yeri | AMEA-nın Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri |
Təhsili | |
Mükafatları | |
ica.az |
Pərvin Məmmədova 1943-cü il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 saylı məktəbdə aldıqdan sonra, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə, 1967-ci ildə isə istehsalatdan ayrılmadan Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunub. P. Məmmədova əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin 5-ci kurs tələbəsi olarkən Azərbaycan Elmlər Akademiyasının akad.Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) başlamışdır. Elmi fəaliyyətinin ilk illərində o, aromatik sıra qlikol efirlərinin sintezi və bioloji aktivliyinin tədqiqi ilə məşğul olmuşdur. Onun tərəfindən asan tapılan neft-kimya xammalından istifadə etməklə bir sıra bioloji aktiv birləşmələr, o cümlədən sistemli təsirə malik effektiv herbisidlər alınmış və tətbiq üçün təklif edilmişdir. P. Məmmədova 1975-ci ildə "Aromatik sıra efirləri və oksigen tərkibli sabit radikalların sintezi və onların bioloji aktivliyinin tədqiqi" adlı namizədlik dissertasiyası müdafiə etmişdir və ona kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir, 1986-cı ildə isə o, "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi adı almışdır. 1992-ci ildə " "Funksionaləvəzli α-metilbenzilfenolların aşqar kimi sürtkü materiallarında tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2004-cü ildə P. Məmmədovaya "Üzvi kimya" ixtisası üzrə professor elmi adı verlmişdir. 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə P. Məmmədova Aşqarlar Kimyası İnstitutuna keçirilmişdir. O, 1975–2000-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi kimi çalışmışdır. 2001-ci ildən o, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda "Yağlayıcı-soyuducu mayelərə aşqarlar" laboratoriyasının müdiri vəzifəsində fəaliyyət göstərir.
AMEA AKİ-də fəaliyyətə başladığı andan professor P. Məmmədova yağ və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin sintezi, tədqiqi və tətbiqi istiqamətində səmərəli işlər aparmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları və yağlayıcı-soyuducu mayelərin keyfiyyətini yaxşılaşdıran oksidləşməyə, korroziyaya, yeyilməyə, mikroblara qarşı yüksək təsirə malik aşqarlar kimi istifadə olunan α-metilbenzilfenolların, bisfenolların və onların əsasında alınmış metalkompleks birləşmələrin məqsdəyönlü sintezinin elmi əsasları işlənib hazırlanması təşkil edir. Aparılan tədqiqatlar nəticəsində yeni alınmış maddələr və müxtəlif funksional xassələrə malik əmtəə aşqarlarından istifadə etməklə metalların emalı prosesində işlədilən bir sıra yeni YSM kompozisiyaları yaradılaraq tətbiq olunmuş və digər hissəsi isə tətbiq olunmaq üçün tövsiyə edilmişdir. Bununla yanaşı mikroorqanizmlər və bitkilərin metabolik potensialından istifadə etməklə Abşeron yarımadasının neftlə və ağır metallarla çirklənmiş torpaqlarının zərərsizləşdirilməsi və rekultivasiyası üçün effektiv biotexnologiyaların elmi əsasları işlənib hazırlanmışdır.
Pərvin Məmmədova 240 elmi əsərin, o cümlədən 34 müəlliflik şəhadətnaməsi və patent, iki kitabın həmmüəllifidir. Onun əsərlərinin təxminən 88-ə yaxını xaricdə çap olunmuşdur. 57-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. O, bir sıra beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
O, Azərbaycan Dövlət Neft Akademiyasında "Üzvi kimya" və "Kimyəvi kinetika və kataliz" ixtisasları üzrə namizədlik alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən 02.022 saylı İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü olmuşdur. P. Ş. Məmmədova uzun müddət "Neft kimyası və neft emalı" Əlaqələndirici Şurasının elmi katibi olmuşdur. Hal-hazırda o, AMEA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olan "Neft kimyası" ixtisası üzrə D 01.031 Dissertasiya Şurasının üzvüdür.
Professor P. Məmmədova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafl Fondunun ekspertidir.
Professor P. Məmmədovanın rəhbərliyi ilə 5 fəlsəfə doktoru hazırlanmışdır:
Elmi fəaliyyətlə yanaşı P. Məmmədova həm də pedaqoji fəaliyyətlə məşğuldur. 1997-ci ildən o, Azərbaycan Dövlət Neft Akademiyasının "Üzvi kimya" kafedrasının professoru olmuş və "Üzvi kimya" və "Bioloji kimyanın əsasları" fənnlərindən mühazirələr oxumuşdur. O, hal-hazırda BDU-nun "Neft kimya və kimya texnologiyası" kafedrasının professorudur.