. Love.az

Pakistan Silahli Quvveleri - Wikipedia - Love.az

Ana Səhifə - Pakistan Silahli Quvveleri

Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri.

Pakistan Silahlı Qüvvələri
پاک مسلح افواج
Qurulub 1947
Daxildir •Pakistan Quru Qoşunları
•Pakistan Hərbi Hava Qüvvələri
•Pakistan Hərbi Dəniz Qüvvələri
Veb-sayt pakistanarmy.gov.pk
Rəhbərlik
Silahlı Qüvvələrin Başkomandanı Arif Alvi
Başnazir İmran Xan
Canlı qüvvə
Hər il əsgərlik yaşına çatan

2,237,723 kişi (2010),

2,104,906 qadın (2010)
Aktiv kadr 653.000
Xərclər
ÜDM faizi 4.0% (2018)
Sənaye
Yerli təchizatçılar

•Air Weapons Complex


•Heavy Industries Taxila
•Global Industrial Defence Solutions
•Defence Science and Technology Organization
•Karachi Shipyard and Engineering Works
•Kahuta Research Laboratories
•National Development Complex
•Pakistan Aeronautical Complex
•Pakistan Ordnance Factories
•Metallurgical Laboratory
•Integrated Dynamics
Xarici təchizatçılar •BraziliyaBraziliya
•ÇinÇin
•MisirMisir
•FransaFransa
•AlmaniyaAlmaniya
•İtaliyaİtaliya
•İordaniyaİordaniya
•RusiyaRusiya
•RumıniyaRumıniya
•İsveçİsveç
•TürkiyəTürkiyə
•UkraynaUkrayna
•Böyük Britaniyaİngiltərə
•ABŞABŞ
•AzərbaycanAzərbaycan
İllik ixrac 11.4 milyard (2018)

1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır.

Mündəricat

  • 1 Yerləşməsi
    • 1.1 Pakistan ərazisində
    • 1.2 Xaricdə
  • 2 Raket inventarı
  • 3 Orduda din xadimləri
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Yerləşməsi

redaktə

Pakistan ərazisində

redaktə

Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir.[1] ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir. Həmçinin, Pakistan Silahlı Qüvvələri 2004-cü ildən bəri Əl-Qaidə terror qruplaşmasına qarşı da mübarizə aparmaqdadır.

Xaricdə

redaktə

Pakistan Silahlı Qüvvələri həmçinin BMT-nin sülhməramlı əməliyyatlarında da iştirak edir. 2010-cu il hesablamalarına əsasən Silahlı Qüvvələrin 12,000 nəfər şəxsi heyəti bir sıra xarici ölkələrdə xidmətini davam etdirir.

Raket inventarı

redaktə
  • Qəznəvi ballistik raketi. Döyüş başlıqlarını 290 kilometr məsafədəki hədəfə çatdırmağa qadirdir[2]. 30 ədəd istehsal olunub.

Orduda din xadimləri

redaktə

Ölkədə rəsmi din İslam dini olduğundan dövlətlə məscidin qarşılıqlı fəaliyyəti nəticəsində təşkil olunur.

Həmçinin bax

redaktə
  • Pakistan
  • Kəşmir məsələsi

İstinadlar

redaktə
  1. ↑ "The News". PK: The News. 2009-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
  2. ↑ "Pakistan "Qəznəvi" ballistik raketinin sınağını keçirdi". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.

Xarici keçidlər

redaktə
  Vikianbarda Pakistan Silahlı Qüvvələri ilə əlaqəli mediafayllar var.
   Pakistan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Pakistan_Silahlı_Qüvvələri&oldid=7027190"
LOVE.AZ