Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur [1].
Pal küçəsinin oğlanları | |
---|---|
mac. A Pál utcai fiúk | |
![]() | |
Janr | Novella |
Müəllif | Ferens Molnar |
Orijinal dili | Macar dili |
Nəşr ili | 1906 |
![]() |
- Budur mastika, – dedi. - Yaxşı, axı bu, nə işə yarayır? – deyə müəllim soruşdu. - Bu bir növ yapışqandır, Pəncərəyə şüşə taxmazdan əvvəl bu mastikanı çərçivəyə sürtürlər ki, şüşə yerindən oynayıb laxlamasın. Biz də pəncərələrdən dırnağımızla qopardırıq. - Bunu sən qopartmısan? - Xeyr, təşkilatımızın mastikasıdır. Müəllimin gözləri az qala hədəqəsindən çıxacaqdı. - Necə yəni? Vaysın cəsarəti bir az da artdı. İzah etməyə başladı: - Bunu təşkilatımız üzvləri yığıblar. İcra komitəsi də mənə əmanətetdi ki, mühafizə edim. Məndən öncə Kolnay mühafizə edirdi, çünki maliyyə işlərinə o baxırdı. Amma mastika ondaykən həmişə quruyardı, çünki qətiyyən çeynəməzdi. - Üstəlik bunu çeynəmək də lazımdır? - Bəli, yoxsa quruyar. Sərtləşdikdən sonra əzmək mümkün olmur. Mən hər gün çeynəyirəm. - Yaxşı, niyə məhz sən? - Çünki nizamnamədə göstərilir ki, təşkilatın sədri gün ərzində ən azı bir dəfə çeynəməlidir. Əks təqdirdə tez bir vaxtda quruyar.
Sədr: Var! Barabas, üzv: Yoxdur! Sədr: Var! Barabas, üzv: Yoxdur! Sədr: Yaxşı, sən deyən olsun! Gündəlikdə başqa məsələ olmadığına görə sədr iclası qapalı elan etdi. İmzalar: Lejik, katib. Kolnay, sədr. Sədrin qeydi: Mən hələ də bunun bir donuzluq olduğunu düşünürəm.