. Love.az

Palasso - Wikipedia - Love.az

Ana Səhifə - Palasso

Palasso (it. Palazzo, lat. Palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi.

Farnezi sarayı, Roma, XVI əsr

XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi.

XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi.

Ədəbiyyat

redaktə
  • Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.435

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Palasso&oldid=7524241"
LOVE.AZ