. Love.az

Paramaribo - Wikipedia - Love.az

Ana Səhifə - Paramaribo

Paramaribo (nid. Paramaribo) — Surinamın paytaxtı, ən böyük şəhəri və portu. 2002-ci ildən şəhərin tarixi mərkəzi Ümumdünya sərvəti elan edilib.

Paramaribo
Paramaribo
5°52′ şm. e. 55°10′ q. u.HGYO
Ölkə
  •  Surinam[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1613
Sahəsi
  • 182 km²
Mərkəzin hündürlüyü 3 ± 1 m
Saat qurşağı
  • UTC−03:00
Əhalisi
Əhalisi 245 nəfər
Rəsmi dili
  • niderland dili
Digər
paramaribo.com
Xəritəni göstər/gizlə
Paramaribo xəritədə
Paramaribo
Paramaribo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafi şəraiti
  • 2 Əhalisi, dil və din
  • 3 Tarixi inkişafı
  • 4 Mədəni əhəmiyyəti
  • 5 Mədəni sərvəri
  • 6 İdman
    • 6.1 İdman qurğuları
  • 7 Mənbə

Coğrafi şəraiti

redaktə

Paramaribo Surinam çayının sahilində, onun Atlantik okeana tökülən yerin 20 kilometrliyində yerləşir. İqlimi subkontinentaldır, ilboyu temperaturu +23 — +31 arası dəyişir. İlin 200 günü yağışlıdır, yağış mövsümü aprel ayından iyul ayına qədər davam edir.

Əhalisi, dil və din

redaktə

Paramaribonun əhalisi 250 min nəfərdir, təbii artım latın Amerikası üzrə ən aşağı göstəricidir. Şəhər əhalisi XIX əsrdə bura gəlmiş hindlilər (33 %), kreollar (30 %), indoneziyalılar (15 %), zəncilər (10 %), hindular (2 %), çinlilər (2 %), avropalılardır (1 %). Rəsmi dil holland dilidr, ancaq əhalinin çoxu sranan-tonqo (və ya neqro-inqliş) — dəyişilmiş ingilis dili dialektində danışır. Əhali arasında induizm, xristianlıq, islam, iudaizm və konfusianizm geniş yayılıb.

Tarixi inkişafı

redaktə

Paramaribo 1640-cı ildə fransızlar tərəfindən salınıb. Şəhərin adı tupi-quarani dilində "böyük suyun sakinləri" deməkdir. 1667-ci ildə şəhər bütün Sutinam ərazisi ilə birlikdə Niderland və Böyük Britaniya arasında müqaviləyə əsasən Niderlandın hakimiyyətinə keçir. Ərazi Şimali Amerikadakı Nyu-York ərazisi əvəzinə verilmişdi. 1954-cü ildən Niderland Krallığı tərkibində muxtar dövlıətin inzibati mərkəzidir. 1975-ci ildən müstəqil Surinam Respublikası elan edilmişdir.

Mədəni əhəmiyyəti

redaktə

Paytaxtda 1968-ci ildə təsis edilmiş yeganə universitet yerləşir, şəhərdə milli muzey də vardır.

Mədəni sərvəri

redaktə
  • Keyzerstrart məscədi

İdman

redaktə

İdman qurğuları

redaktə
  • Franklin Essed stadionu
  • Andre Kampervin stadionu

Mənbə

redaktə
  • Paramaribonun xəritəsi
  • berclo.net
  • www.galenfrysinger.com
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Paramaribo&oldid=7400384"
LOVE.AZ