. Love.az

Paruyr Hayrikyan - Wikipedia - Love.az

Ana Səhifə - Paruyr Hayrikyan
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Paruyr Hayrikyan (erm. Պարույր Հայրիկյան; 5 iyul 1949, İrəvan) — erməni dissident; Ermənistanın tanınmış siyasi xadimi. Ermənistanın Milli Müqəddəratı Təyinetmə partiyasının rəhbəri

Paruyr Hayrikyan
erm. Պարույր Արշավիրի Հայրիկյան
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1949(1949-07-05) (75 yaş)
Doğum yeri
  • İrəvan
Təhsili
  • Ermənistan Milli Politexnik Universiteti[d] (1956–1966)
Fəaliyyəti siyasətçi, yazıçı, müğənni, söz yazıçısı[d]
Dini Erməni Həvari kilsəsi
hayrikyan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təhsili
  • 3 Fəaliyyəti
  • 4 Əmək fəaliyyəti
  • 5 Siyasi fəaliyyəti
    • 5.1 Parlamentdə
  • 6 Ermənistan prezidentliyinə namizəd
  • 7 Mənbə
  • 8 İstinadlar

Həyatı

redaktə

Paruyr Arşaviroviç Hayrikyan 5 iyul 1949-cu ildə İrəvanda anadan olmuşdur.

Təhsili

redaktə

1956–1966-cı illərdə Nubaraşendə orta məktəbdə təhsil almışdır.

1966–1969-cu illərdə İrəvan Politexnik İnstitutunda oxumuşdur.

Fəaliyyəti

redaktə

Əmək fəaliyyəti

redaktə

Əmək fəaliyyətinə İrəvan Politexnik İnstitutunda oxuduğu illərdə başlamış, tələbəliklə yanaşı fabrikdə elektrik işləmişdir.

Siyasi fəaliyyəti

redaktə

Siyasi fəaliyyətinə görə 1969–1973-cü illərdə həbsdə olmuş və 4 il düşərgələrdə saxlanılmışdır.

Həbsdən sonra 1973-cü ildə İrəvana qayıtsa da burada inzibati nəzarət altında yerləşdirilmişdir. 5 fevral 1974-cü ildən DTK-nın həbs mərkəzinə yerləşdirilmiş, daha sonra qayda pozuntusuna görə 2 il yenidən düşərgələrdə saxlanılmışdır.

1987-ci ildən İrəvana dönmüş və tərəfdarları ilə birlikdə Ermənistanın Milli Müqəddəratını Təyinetmə Partiyasını yaratmışdır.

1988-ci ildə erməni separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etmişdir. 1988-ci ilin fevralında Sumqayıtda erməni əhalisinə qarşı baş verən faciəvi hadisələrin təşkilində sovet hakimiyyətini ittiham etmiş və bunun üstündə onu vətəndaşlıqdan məhrum edərək, onu Efiopiyaya deportasiya ediblər. O, etiraf edirdi ki,

"Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu"[1]

Təzyiqlərə baxmayaraq, o, 1988–1992-ci illərdə SSRİ-də erməni milli xalq hərəkatının lideri olmuş; "Demokratiya və müstəqillik" adlı beynəlxalq təşkilatın sədri seçilmişdir.

Parlamentdə

redaktə

1990–1995-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı və Ermənistan SSR Ali Sovetinin Dövlət müstəqilliyi və milli siyasət üçün təsdiq daimi komitəsinin üzvü olmuşdur.

1995–1999-cu illərdə də Ermənistan parlamentinin üzvü olmuş və Xarici əlaqələr daimi komitəsinin üzvü idi.

Ermənistan prezidentliyinə namizəd

redaktə
  • 2003-cü ilin fevralında Ermənistan prezidentliyinə namizəd olmuşdur.
  • 2012-ci ilin dekabrında yenidən Ermənistan prezidentliyinə namizədliyini irəli sürmüşdür.

Mənbə

redaktə
  • AYRİKYAN — SÜLHPƏRVƏR ERMƏNİ DİSSİDENTİ Arxivləşdirilib 2013-02-04 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), Bakı, "MBM-R", 2009. səh. 24. Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Paruyr_Hayrikyan&oldid=7405521"
LOVE.AZ