. Love.az

Passau Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Passau Universiteti

Passau Universiteti — Almaniyanın Aşağı Bavariya əyalətinin Passau şəhərində ictimai tədqiqat universiteti. Universitet bakalavr və magistr kursları təklif edir.[2]

Passau Universiteti
Əsası qoyulub 1973
Tələbə sayı 11.846[1]
Ölkə
  •  Almaniya Federativ Respublikası
Sayt uni-passau.de
uni-passau.de/en/
48°34′06″ şm. e. 13°27′12″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Akademik strukturu
    • 2.1 Fakültələri
    • 2.2 İnstitutları
    • 2.3 Kitabxanası
    • 2.4 Araşdırma mərkəzləri
  • 3 Kampusu
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

1973-cü ildə qurulan universitet Bavariyadakı ən gənc universitetdir və əyalətdəki ən müasir kampusa malikdir. Bavariya Landtaqının (Bavariya Torpaq Parlamenti) fərmanı ilə yaradılmışdır.

Akademik strukturu

redaktə
 
Reflektor otağı
 
Humanitar elmlər binası
 
Hüquq fakültəsinin binası

Fakültələri

redaktə
  • Hüquq
  • Biznes
  • İqtisadiyyat və informasiya sistemləri
  • İncəsənət və Humanitar Elmlər
  • İnformatika və riyaziyyat

İnstitutları

redaktə
  • Avropa Hüquq Mərkəzi İnstitutu
  • Hüquq Didaktikası İnstitutu
  • Beynəlxalq və Müqayisəli Hüquq İnstitutu
  • Bazar və İqtisadi Araşdırmalar İnstitutu
  • Özəl Maliyyə Planlaşdırma İnstitutu
  • Biznesdə, Peşəkar Təlimdə və Davamlı Təhsildə Tətbiqi Etika İnstitutu
  • Şərqi Bavariya Ərazi Araşdırmaları İnstitutu
  • Mədəniyyətlərarası Ünsiyyət İnstitutu
  • Fənlərarası Media Elmləri İnstitutu
  • İnformasiya Sistemləri və Proqram Mühəndisliyi İnstitutu
  • İT Təhlükəsizlik və Təhlükəsizlik Hüququ İnstitutu
  • Kompüter Elmlərinin Texniki Tətbiqlərində Proqram Sistemləri İnstitutu
  • Passau Rəqəmsal Təhlükəsizlik İnstitutu

Kitabxanası

redaktə

Universitetin kitabxanası 1978-ci ildə universitetlə birlikdə yaradılmış və elə həmin il öz qapılarını Passau tələbələrinin və vətəndaşlarının üzünə açmışdır. Kitabxana universitetin əsas kitabxanasıdır və beş fakültə və institut kitabxanası ilə birlikdə universitetin kitabxana sistemini təşkil edir. Hazırda universitetin kitabxanasında iki milyon kitab və 3050 jurnal var.[3] Gündə 16 saat açıq olur.

Araşdırma mərkəzləri

redaktə
  • Cinayət Proseslərində İnsan Hüquqları Araşdırma mərkəzi
  • İT Hüququ və İnternet Siyasəti üzrə Araşdırma mərkəzi
  • Mədəniyyətşünaslıqda Əsas Tədqiqatlar Araşdırma mərkəzi
  • Erkən Müasir Alman Ədəbiyyatı Tədqiqat mərkəzi
  • Pedaqoji Araşdırmalar mərkəzi
  • Riyaziyyat və İnformatika Tədris bölməsi

Kampusu

redaktə

Passau Universitetinin kampusu Köhnə şəhərdə yerləşən Katolik İlahiyyatı Departamenti və şəhərin mərkəzindəki bir sıra ofislər istisna olmaqla, bütün fakültələr tək bir küçə boyu bir kampusda yerləşir. Bu, tələbələrin və işçilərin daxili ünsiyyəti üçün əlverişlidir, xüsusən də universitet bir çox fənlərarası kurslar təklif edir. Kampus Inn çayının sol sahili boyunca uzanır və bu, onu təhsil almaq üçün qeyri-adi bir yerə çevirir. Bağlar və çəmənliklər yayda tələbələr arasında çox populyardır.

İstinadlar

redaktə
  1. ↑ Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
  2. ↑ "Degree programmes". 3 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2018.
  3. ↑ "Bibliotheksprofil". 5 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2016.

Xarici keçidlər

redaktə
  • University of Passau website
  • University of Passau campus tour
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Passau_Universiteti&oldid=7870022"
LOVE.AZ