Passau Universiteti — Almaniyanın Aşağı Bavariya əyalətinin Passau şəhərində ictimai tədqiqat universiteti. Universitet bakalavr və magistr kursları təklif edir.[2]
Passau Universiteti | |
---|---|
![]() | |
Əsası qoyulub | 1973 |
Tələbə sayı | 11.846[1] |
Ölkə | |
Sayt |
uni-passau.de uni-passau.de/en/ |
48°34′06″ şm. e. 13°27′12″ ş. u.HGYO | |
![]() |
|
![]() |
1973-cü ildə qurulan universitet Bavariyadakı ən gənc universitetdir və əyalətdəki ən müasir kampusa malikdir. Bavariya Landtaqının (Bavariya Torpaq Parlamenti) fərmanı ilə yaradılmışdır.
Universitetin kitabxanası 1978-ci ildə universitetlə birlikdə yaradılmış və elə həmin il öz qapılarını Passau tələbələrinin və vətəndaşlarının üzünə açmışdır. Kitabxana universitetin əsas kitabxanasıdır və beş fakültə və institut kitabxanası ilə birlikdə universitetin kitabxana sistemini təşkil edir. Hazırda universitetin kitabxanasında iki milyon kitab və 3050 jurnal var.[3] Gündə 16 saat açıq olur.
Passau Universitetinin kampusu Köhnə şəhərdə yerləşən Katolik İlahiyyatı Departamenti və şəhərin mərkəzindəki bir sıra ofislər istisna olmaqla, bütün fakültələr tək bir küçə boyu bir kampusda yerləşir. Bu, tələbələrin və işçilərin daxili ünsiyyəti üçün əlverişlidir, xüsusən də universitet bir çox fənlərarası kurslar təklif edir. Kampus Inn çayının sol sahili boyunca uzanır və bu, onu təhsil almaq üçün qeyri-adi bir yerə çevirir. Bağlar və çəmənliklər yayda tələbələr arasında çox populyardır.