Peç Universiteti (ing. University of Pécs, hun. Pécsi Tudományegyetem, rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. 10 fakültə, 32 klinika və s. bölmələri olan universitet, ölkənin ən böyük ali təhsil universitetlərindən biridir. Burada macar, ingilis və alman dilində təhsil proqramları tədris olunur. Həmçinin, universitet geniş beynəlxalq treyninqlər və dərəcə proqramları təklif edir, yüksək səviyyəli bilik transferi və tədqiqat platformlarını təmin edir. PTE-nin təxminən 26000 tələbə və 2000 professor və müəllim heyəti var.[2] On fakültədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. Tələbələr bakalavr, magistratura və doktorantura pilləsində təhsil ala bilərlər.[3]
Peç Universiteti PTE, UP | |
---|---|
Pécsi Tudományegyetem | |
![]() | |
![]() | |
![]() | |
46°04′27″ şm. e. 18°14′15″ ş. u.HGYO | |
Əsası qoyulub | 1367[1] |
Tip | Dövlət |
Rektor | József Bódis |
Tələbə sayı | təxminən 26 min |
Şəhər | Peç |
Ölkə | |
Ünvan | Pécs, 48-as tér 1, 7622 Macarıstan |
Sayt |
pte.hu international.pte.hu |
![]() |
Peçin ali təhsil tarixi 1367-ci ildən başlayır. Böyük Lui , yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının qoyulmasına sərəncam verdi. Bir neçə mərhələlərdən sonra, Peç Universitetinin əsası qoyuldu və Universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu.[4] Tarixi orta əsrlərə gedən universitet, öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda müasir və dinamikayla inkişaf edən Avropa ali təhsil institutu adını da özündə daşıyır və müxtəlif təhsil, mədəniyyət, idman və istirahət imkanları da yaradır.
Universitet, Avropa universitetlərinə xas olan ənənəvi struktura malikdir. Universitetin başında rektor və üç vitse-rektordan ibarət heyət durur. Hər biri fərqli akademik sahə üzrə cavabdehdir. Fakültələrə dekanlar başçılıq edir və fakiltələr geniş akademik sahələri əhatə edir. Sonuncular, institutlar və departamentlərə bölünürlər, onlar tələbələrlə sıx əlaqədə olurlar və akademik proqramlar üzrə cavabdehdirlər.[6]
Bolonya təhsil sisteminin uğurlu implementasiyası nəticəsində tələbələr dinamik, qarşılıqlı Avropa ali təhsil sisteminə malik olurlar. Ənənəvi kollec və universitet dərsləri əvəzinə, tələbələr ilk olaraq bakalavr (MA və ya BSc), daha sonra isə magistratura (MA və ya MSc) pillələrində təhsil alırlar. Elmə bir neçə illərini həsr etmək istəyən tələbələr isə həmçinin doktorantura (PhD və ya DLA) dərəcəsini də oxuyub qazana bilərlər.
Universitet nəzdində tibb və elmi tədqiqatlar üçün Sentaqotay (Szentágothai) Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Univeritetin geniş elmi və incəsənət sahələrini əhatə edən 21 doktor məktəbi var.
Peç Universitetinin Klinika Mərkəzi, Macarıstanın ən böyük səhiyyə mərkəzlərindən biridir. 28 klinikası və təxminən 3 min heyət üzvü olan mərkəz, Peçdə və ətraf regionda uzun illər səhiyyəni təmin edir. Mərkəz, həmçinin tibb təhsili alan tələbələrə və peşəkar səhiyyə işçilərinə pratkiki təhsilin verilməsində aktiv rol oyanyır. Tibb Məktəbi və Səhiyyə Elmləri Fakültəsi ilə sıx əməkdaşlıq edən mərkəz, yüksək səviyyəli bilik və müasir tibbi texnkasını özündə cəmləşdirir.[7]
Departamentlər:
Əsas elm departamentləri:
İnstitutlar:
Peç Universitetinin Senatı, Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsinin əsasının qoyulmasına dair təklifi qəbul etdi və 1 sentyabr 2015-ci ildə Peç Universitetinin Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı fakültəsi və İlyeş Dyula fakültəsinin birləşməsi nəticəsinə yeni fakültənin əsası qoyuldu.[11] Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı fakültəsi – İnstitutlar :
İlyeş Dyula fakültəsi – İnstitutlar:
Fakültədaxili departamentləri, mərkəzləri və institutları:
Yanoş Universitet Teatrı (Janus Egyetemi Színház, qısaca JESZ), Musiqi və Vizual İncəsənət fakültəsinin teatrıdır.[15]
Fakültəyə, 1800-cü illərdə bir çox ictimai binaları, kilsələri və sarayları layihələşdirməklə dünya şöhrəti qazanmış memar Mihay Polakın adı verilib. 2012-ci ildə fakültə tam olaraq Pollak Mihay Mühəndislik və İnformasiya Texnologiyası fakültəsi kimi adlanmağa başlanıb.[16] Memarlıq İnstitutunun Mühəndislik Fakültəsi, memarlıq proqramlarını təklif edir. Bütün dərslər ingilis dilindədir. İnstituda bu departamentlər daxildir:
Fakültənin institutları:
Ölkənin ən qədim universiteti olmaqdan başqa, Peç Universiteti həmçinin beynəlxalq miqyasda da görkəmli yer tutur. Beynəlxalq reytinqlərdə həm ümumilikdə universitet, həm də onun ayrı-ayrı fakültələri aparıcı mövqelərdə qərarlaşıblar.
Dünya Universitet Reytinqləri Mərkəzinin (Center for World University Rankings (CWUR) 2015-ci ildə elan etdiyi siyahıya görə, Peç Universiteti 863-cü yerdə qərarlaşıb. Belə də, universitet hələ də dünyada olan ali təhsil institutlarının 3,6% daxil olur. [19]
Nəticələr səkkiz kriteriya əsasında əldə edilib. Bunlar arasında təhsilin keyfiyyəti, məzunarın iş tapma şansları, professor və müəllim heyətinin mükəmməlliyi, nəşrlərin sayı, həmin nəşrlərə olan sitatların reytinqi və patentlərin sayı daxildir.[20]
URAP University Ranking by Academic Performance-a görə Peç Universiteti 28 000 ali təhsil institutları arasında 2013-cü ildə 815-ci yeri tutub. Bu reytinq məşhur beynəlxalq tədqiqatlar institutu tərəfindən aparılıb. Bu nəticə onu göstərir ki, universitet dünyada olan ali təhsil isntututlarının 3% daxil olur. Kriteriyalar arasında bunları qeyd etmək olar : təhsil keyfiyyəti, sitat indeksi, ümumi nəşr və sitat təsiri və beynəlxalq əməkdaşlıq. Bu göstəricilərə əsasən, Peç Universiteti yaxınlıqda olan Zalsburq, Split, Osnabruk, Qrats universitetlərindən öndədir.[21]
Webometrics-ə (Ranking Web of World Universities) görə, Peç Universiteri 2015-ci ildə dünyanın 1000 ən yaxşı təhsil institutları arasında 880-ci yerdədir.[22] Webometrics, ali təhsil instututlarının dünyanın ən geniş internet bazalı akademik reytinqini elan edən qurumdur. 2004-cü ildən bəri hər altı aydan bir müstəqil obyektiv elmi araşdırma, Cybermetrics Lab tərəfindən aparılır və dünyanın bütün yerlərindən olan universitetlərin internetdə və dünya şəbəkəsində olan və təsir etdiyi bütün düzgün, genişəhatəli, yenilənmiş və xeyirli informasiya nəzərə alınır.[23]
U-Multirank-a görə, Peç Universitetinin Biznes və İqtisadiyyat fakültəsi 412 biznes məktəbləri arasında 56-cı yeri tutur. Bu innovativ sistemdə əsasən beş indikator göstərici istifadə edilir : ümumi araşdırma nəticələri, təhsil keyfiyyəti, beynəlxalq oriyentasiya pilləsi, bilik transferi və regional öhdəlik.[24]
Məşhur QS Dünya Universitet Reytinqinə əsasən (QS World University Ranking), Peç Universiteti universitetlərin 201–250 pillələrində qərarlaşıb. Bundan başqa, İngilis Dil və Ədəbiyyat Kursu top 200 arasında 53-cü yeri tutur.[25]
Milli reytinqə gəlincə, ölkdə daxili universitetlərin reytinqini tərtib edən HVG Diploma-ya görə, Peç Universiteti dördüncü yeri tutur, professor və müəllim heyətinin keyfiyyətinə görə isə ikinci yerdə qərarlaşıb. Bu reytinq əsasən bu prinsiplərə uyğun tərtib edilir : tələbələrin və müəllim heyətinin sayı və daimiliyi və institusional inforstruktura, metodologiyanın etimadlığı. Fakültələrə gəlincə, Humanitar Elmlər fakültəsi , Musiqi və Vizuarl İncəsənət fakültəsi və Pollak Mihay Mühəndislik və İnformasiya texnologiyası fakültəsi son yeddi ildə ən yaxşı göstəricilərini əldə ediblər.[26][27]
2010-cu ildə Peç şəhəri Avropanın Mədəniyyət Paytaxtı seçilmişdi. Ali məktəbin kampusu da bu ada layiqdir və tələbələrin mədəni inkişafına xidmət edir.[29]
Universitetin idman həyatı, TTK İdman Mərkəzi tərəfindən idarə olunur. Mərkəz, tələbələrə geniş idman imkanları yaradır, həmçinin hər kəs üçün maraqlı və mümkün ola biləcək müxtəlif proqramlar təşkil edir.
Peç Universitetinin Atletik Klubu (PEAC), 1923-cü ildə yaradılıb. Burada tələbələr 12 bölmə üzrə (tenis, qadınlar və kişilər arası həndbol, qadınlar və kişilər arası basketbol, futbol, su idmanı, qadınlar və kişilər arası voleybol, oxatma, qılıncoynatma) idmanla məşğul ola bilərlər. Peç Universitetinin Atletik Klubu, Macarıstanın ən dinamik inkişaf edən idman klubudur.
Rəqs Universiteti, Peç Universitetinin 2000-ci ildən bəri ən əsas layihəsidir. Ümumilikdə, Macarıstan ali təhsilində unikal istirahət proqramıdır. Orta hesabla hər semestr 20 rəqs və hərəkət dərsləri keçirilir. Dərslər əsasən ödənişsizdir və ya minimal ödəniş tələb olunur.[30] Universitet, 2005-ci ildə " Eyni zamanda göbək rəqsini yerinə yetirən ən çox insan " nominasiyası üzrə Ginnes rekordunu təyin edib.[31]
Beynəlxalq Elmlər Mərkəzi, Macar dili kurslarını, müxtəlif təhsil sahələri üzrə İngilis dili hazırlıq kursları, hər yay və qış mövsümlərndə ənənəvi və məşhur inensiv kursları təşkil edir.[32]
Macar Elmləri və Tədbiqi Linqvistika Mərkəzində tələbələr macar dilini xarici dil kimi öyrənə bilərlər. Mərkəz, bütün səviyyələr üzrə ümumi dil inkişafını təmin edən dərsləri təşkil edir, daha çox kommunikativ bacarığa üstünlük verir (danışıq, dinləmək, oxumaq və yazmaq).[33]
Əcnəbi Dil Mərkəzi, fakültələrdən müstəqil universitet bölməsidir. Mərkəz, maraqlananlara əcnəbi dil xidmətləri göstərir. Avropa ölkələri və qonşu ölkələri dillərində bütün il boyu dil kursları təşkil edilir.[34]
AEGEE-Peç, ən böyük Avropa Tələbə Təşkilatlarından biridir. Təşkilat, macar və beynəlxalq tələbələr üçün müxtəlif peşəkar və istirahət proqramları təklif edir. Bu tədbirlər yerli insanlarla tanış olmaq, yeni dostlar əldə etmək və qiymətsiz xatirələr qazanmaq imkanı yaradır.[35]
Ali məktəbdə Erasmus, digər mübadilə proqramları ilə gələn əcnəbilərin həyatını maraqlı etmək üçün müxtəlif tədbirlər (ölkələrin təqdimatı, görməli yerlərə gəzinti və s.) keçirilir.[36]
"Universitet" portalı |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |