Peritonit — (lat. peritoneum periton yaxud qarın boşluğunu örtən seroz qişa + lat. -itis iltihabi göstərən şəkilçi) peritonun iltihabı, qarın boşluğunun iltihabı.
Peritonit | |
---|---|
XBT-10 | K65. |
XBT-9 | 567 |
XBT-9-KM | 567.8[1][2], 567.89[1][2], 567.82[2] |
DiseasesDB | 9860 |
MedlinePlus | 001335 |
eMedicine | med/2737 |
MeSH | D010538 |
![]() |
Peritonitin ən çox görülən səbəbi mədə-bağırsaq traktının qarın boşluğuna perforasiyasıdır(deşilməsi), buna görə mədə və ya bağırsaq tərkibi və mikroflorası, yəni mədə-bağırsaqların lümenində yaşayan bakteriyalar qarın boşluğuna daxil olur. Ancaq periton qıcıqlanmasının səbəbləri başqa amillər də ola bilər: yad cisim, öd kisəsi dəlinməsi yaxud qaraciyər yırtılması nəticəsində ödün peritona axması, dəlinmiş mədə xorasından mədə turşusu. Qadınlarda peritonit səbəblərindən biri də infeksiyalı uşaqlıq borusu və ya yumurtalıq kistasının partlaması ola bilər [3]
İltihabın qaynaqlarına görə peritonitlər bir neçə cür olur:
Peritonitin simptomları qarın ağrısı, qızdırma, ishal, sidikqovucu müalicəyə baxmayaraq yaxşılaşmayan assit, bağırsaq keçməzliyi ola bilər.
Ağırlaşmaları: kəskin böyrək çatmamazlığı yaxud xroniki böyrək çatmamazlığının ağırlaşması.
Kəskin peritonitin müalicəsi təcili cərrahi əməliyyatdır. Əməliyyatın əsas məqsədi:
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |